Bazar ertəsi günü, 09 noyabr 2026
     

Sibirin və Uzaq Şərqin böyük kəşfi - Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi...

Image


Bütün dünyanın diqqət və maraqla izlədiyi, hətta ən təcrübəli xarici mütəxəssislərin uğurla başa çatacağına tərəddüdlə yanaşdığı Baykal-Amur magistralı (BAM) keçmiş SSRİ-nin şöhrətinə çevrildi. Bu böyük uğurun başında Heydər Əliyev dayanırdı. Məhz onun qətiyyəti və əzmkarlığı sayəsində bu layihə uğurla həyata keçirildi, daxildə və xaricdə baş qaldıran tərəddüdlərə, şübhələrə son qoydu.

Bu sübut etdi ki, torpağın bağrını dəlib, axan suları dayandırıb, insan əməyini səfərbər edib böyük uğura nail olmaq olar, ucsuz-bucaqsız Tayqanın taleyinə gün doğurmaq tam mümkündür. 

Məlumdur ki, BAM Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralıdır. Qeyd olunana görə, onun ümumi uzunluğu 4300 km-dir. Tikintisinə 1940-cı ildən başlanılıb və 1989-cu ildə istifadəyə verilib. Məlumatlara görə, Baykal-Amur magistralının tikilməsinin şərəfinə 1976-cı ildə "Baykal-Amur magistralının tikintisinə görə" medalı təsis edilib. 

BAM-ın tikintisi insanların zəhmətinin unudulmaz epopeyasıdır ki, hər gün yada salınır. BAM-dan danışanda ilk yada düşən şəxsiyyətlərdən biri məhz ümummilli lider Heydər Əliyev olur. 

"... Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar.

BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır".  Ulu öndər Heydər Əliyevin BAM-ın 25 illiyinin keçirilməsi üzrə təşkilat komitəsinə ünvanladığı təbrik məktubunda belə deyilirdi. 

Dünyanın nəhəng siyasi xadimləri sırasında özünəməxsus yer tutan Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən saysız uğurlu layihələrə rəhbərlik edib və nəhəng işlərin həyata keçirilməsinə rəhbərlik edib. 

SSRİ-nin tarixində mühüm səhifə olan Baykal Amur Magistralının tikintisi bütün Sibirin, Uzaq Şərqin taleyini, həyatını dəyişdi. Bu dəyişikliyin, uğurun əsas müəllifi isə Heydər Əliyev idi. 

1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən və noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilən Heydər Əliyev bütün keçmiş SSRİ məkanında yaddaqalan işlər gördü və bu səbəbdən də keçmiş ittifaq respublikalarının, demək olar ki, çoxunda Heydər Əliyevin silinməz izləri yaşayır.  Bütün Sovet İttifaqının şanına, şöhrətinə çevrilən BAM-da tikinti işlərinin sürətlənməsi prosesi H. Əliyevin adı ilə bağlıdır. Baykal-Amur magistralının (BAM) tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regionda oldu, fəhlə və mütəxəssislərlə görüşür, tikinti obyektlərinə baxış keçirir. İyulun 5-də Sov.İKP MK Siyasi Bürosunun iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar məruzəsi dinlənilir.

H.Əliyev ona həvalə edilən işləri çox yüksək səviyyədə həyata keçirir. Bu gün BAM keçmiş SSRİ xalqlarının dostluq, qardaşlıq rəmzinə çevrilməklə yanaşı, on minlərlə insanın taleyində dönüş nöqtəsi olub. Saysız insanın həyatı bu nəhəng tikinti ilə bağlı olub. Heydər Əliyevin göstərişi ilə Azərbaycandan da xeyli sayda gənc mütəxəssis BAM-ın tikintisinə cəlb edilib. 

Bu gün Rusiyanın əsas "qan damarı" rolunu oynayan bu nəhəng infrastruktur Sibirin soyuq iqliminə böyük hərarət qatıb. 

Bildiyimiz kimi, hazırda Rusiyada  H.Əliyevin misilsiz xidmətləri hər zaman minnətdarlıqla xatırlanır. 

Rusiya Prezidentinin köməkçisi İqor Levitinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və onun Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin açılışında söylədiyi maraqlı fikirlərə diqqət yetirək : "Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub. Bu magistralın tikintisi ilə bağlı qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşıya bilirik”.

Baykal-Amur Magistralının tikinti gerçəkdən bir hadisə idi və bu hadisənin mərkəzində əsas aparıcı qüvvə H. Əliyev idi. 

Rusiya Prezidentinin köməkçisi haqlı olaraq vurğulayırdı ki, Əliyevin inadkarlığı və qətiyyəti sayəsində Baykal-Amur Magistralının tikintisinə başlanılıb:"Gələn il biz bu tikintinin 50 illiyini qeyd edəcəyik. Bu gün biz bu qərarı verən insanların nə qədər müdrik olduğunu görürük. Buna görə də Rusiyanın Nəqliyyat Nazirliyinə, Azərbaycanın Nəqliyyat Nazirliyinə, dəmir yolu administrasiyalarının rəhbərlərinə və əlbəttə ki, BAM veteranlarına təşəkkür etmək istəyirəm. Mən çox şadam ki, Azərbaycanda və Rusiyada yaşayan BAM veteranları bu gün buradadırlar. Onlar Rusiya üçün mühüm əhəmiyyət kəsb edən bu magistral yolun tikilməsi üçün hər şeyi ediblər”. 

Bildiyimiz kimi, Baykal-Amur magistralında dünyanın ən mürəkkəb tuneli sayılan Severomuyski ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə uğurla tikilib. Bir neçə il əvvəl "Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə videomaterial yayımlanmışdı və həmin görüşdə ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur Magistralındakı (BAM) Severomuyski tunelinin Ulu Öndərin birbaşa rəhbərliyi ilə uğurla tikildiyi xüsusi olaraq vurğulanırdı. 

Sevindirici haldır ki, bu gün Rusiyada və digər keçmiş ittifaq ölkələrində bu magistralın tikintisində  ulu öndər Heydər Əliyevin  oynadığı misilsiz rol xatırlanır, alqışlanır. 

Məlumatlara görə, 1974-cü ildə tikintisinə qərar verilən layihənin icrası məqsədilə o zaman bütün SSRİ səfərbər olunmuşdu. “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarov Putinlə görüşdə qeyd edirdi ki,  on tunelin hamısı, o cümlədən ən mürəkkəb sayılan Severomuyski tuneli “Bamtonnelstroy” Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən tikilib". Əvvəlcə səkkiz tunelin olması planlaşdırılmışdı, sonra Hökumətin qərarı ilə daha iki tunel əlavə edildi. Bu şəkillərdə bizim işçilər tərəfindən tikilmiş tunellər, o cümlədən Severomuyski tuneli təsvir edilir. Severomuyski tuneli dünyada ən mürəkkəb tuneldir".

O qeyd edirdi ki, xarici mütəxəssislər bu tuneli tikməkdən imtina edir və onlara da bundan imtina etməyi təklif edirdilər. "1984-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün bu tikintiyə gəlmişdi. Bildiyiniz kimi, tunelin tikintisi başa çatdırıldı və o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı obyektdir...

Biz orada cəmi 45 kilometr tunel tikmişik, bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Siyasi Büro əvvəlcə cəmi səkkiz tunel planlaşdırmışdı. Heydər Əliyev gələndə fəhlələr ona izah etdilər ki, əlavə iki dolanbac tunel tikilməsi də zəruridir. Heydər Əliyev “Bamtonnelstroy” işçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi. Orada daha iki dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Bu, çox mürəkkəb, çox maraqlı obyektdir və indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır" - deyə o bildirirdi. 

BAM haqqında çox yazılsa da, bu nəhəng infrastruktur layihəsinin uğurunun səbəbi hər gün araşdırılır. 

Uzaq Şərqdə, bu qədim türk torpağında Heydər Əliyevin adı böyük sayğı və hörmətlə çəkilir. Bir neçə il əvvəl Baykal-Amur magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib, Ulu Öndərin xatirə lövhəsi açılıb. 

H. Əliyev bu nəhəng layihədə iştirak edən hər kəsin yadında sadə, səmimi şəxsiyyət kimi qalıb. Şərqi Sibir xalqı da, bu layihədə iştirak edən hər bir kəs də onu belə xatırlayır. Əlbəttə, H. Əliyevin qətiyyəti olmasaydı bu nəhəng layihə yüksək səviyyədə həyata keçirilə bilməzdi. 1940-cı ildə tikintisinə başlanılsa da, tikinti prosesi elə də çevik getmirdi, bunun nəticəsində də onun inşasına uzun illər sərf olundu. Bu prosesə ulu öndərin rəhbərlik etməsi sayəsində isə BAM-ın inşasında ciddi canlanma müşahidə edilməyə başladı. Ümumiliyyətlə H. Əliyev SSRİ rəhbərliyində yüksək vəzifələrdə çalışarkən bütün sahələrə diqqət yetirirdi. Xüsusən də nəqliyyat infrastrukturu onun diqqətində idi.

Yazılanlardan oxuyuruq ki, o zaman yüksək posta təyin edilən H. Əliyev yeni vəzifəsinin icrasına başlayandan sonra  Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirir, bu sahəni ölkənin “arteriya damarı” adlandırırdı.

Yazılanlara görə, BAM-ın tikintisini sürətləndirmək məqsədilə Heydər Əliyev 1984-cü il iyunun 3-dən 10-dək regionda olur, fəhlə və mütəxəssislərlə görüşür, tikinti obyektlərinə baxış keçirir. İyulun 5-də Siyasi Büronun iclasında Heydər Əliyevin Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar məruzəsi dinlənilib...

Mətbuatda Heydər Əliyevin fəaliyyəti ilə bağlı BAM ilk partiya təşkilatına rəhbərlik edən Y.Naumçikinin də fikirləri yer alıb: “Son vaxtlar BAM-da elə bir vəziyyət yaranmışdı ki, işlər dayanmaq üzrə idi. Tikintidə təxribat baş verdiyi açıq-aydın hiss olunurdu. Sovet İttifaqı KP-dən tikintinin gedişinə nəzarət etməli olan M.Qorbaçova dəfələrlə müraciət etsəm də, vəziyyət dəyişmirdi. Sonda məni günahkar elan edəcəklərini bildiyimdən bir yol tapıb Y.V.Andropova vəziyyət haqda məlumat verdim və o, Heydər Əlirza oğlunu BAM-a göndərdi. Yolların keçilməz olduğuna, şəraitsizliyə baxmayaraq, Heydər Əlirza oğlu vilayət rəhbərliyinin də getmək istəmədikləri ucqarlara gedərək, yerlərdəki işçilərlə mövcud problemlər haqda danışıb vəziyyətlə tanış olur, məsələnin həll edilməsi üçün yerindəcə müvafiq göstərişlər verirdi. Məni bu dahi insanın işçilərlə davranışı, sadəliyi heyran etmişdi. O, qəfildən hər hansı bir sahəyə gedərək “uşaqlar, mən acmışam, nahara nəyiniz var” deyib onlarla nahar edirdi. Əlbəttə, mən başa düşürdüm ki, o, bununla işçilərin ərzaqla necə təmin olunduqlarını yoxlayırdı. Bununla yanaşı, Heydər Əlirza oğlu elə oradaca da təkəbbürlü, özlərindən razı, tənbəl, işinə can yandırmayan rəhbər işçiləri ciddi şəkildə cəzalandırmağı da unutmurdu. Heydər Əlirza oğlu özünün cəsarətli addımları ilə az bir zaman ərzində BAM-da yenidən canlanma yaratdı”.

Baykal-Amur Magistralının həyatında ulu öndərin oynadığı misilsiz xidmətlər tarixdə hər zaman yaşayacaq. Bütün həyatını xalqının və bütün insanlığın tərəqqisinə həsr edən Heydər Əliyev yaddaşlarda öz nəhəng xidmətləri ilə yaşayır. Keçmiş sovet məkanında elə bir respublika tapılmaz ki, H. Əliyev onun həyatında rol oynamasın. 

Uzaq Şərqin, Sibirin həyatında da H.Əliyevin aparıcı rol oynaması təsadüfi deyildi. Çünki o həyatın mənasını ən çətin işlərin həyata keçirilməsində görürdü və insanlara çoxsaylı nümunələr təqdim edirdi... Məhz onun səsinə səs verən yüzlərlə insan uzaq, soyuq Sibir çöllərinə axın edib burada yeni qəsəbələr saldılar, talelərini bura bağladılar. Bu gün də onlara yol göstərən dahi şəxsiyyət Heydər Əliyevin əməyi, zəhməti minnətdarlıqla xatırlanır ə etiraf edilir... 

İradə SARIYEVA 
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ