Xankəndindəki separatçılar artıq Ermənistan rəsmilərindən bütün ümidlərini kəsiblər. Bu barədə "Hetq" in baş redaktoru Edik Bağdasaryan öz Facebook səhifəsində yazıb. Onlar Ermənistan rəsmilərinin artıq onların zənglərinə cavab verməməsindən çox ümidsizdirlər: “Keçmişdə bütün idarələrin bir-biri ilə sıx əlaqələri var idi, istənilən məsələ tez həll olunurdu. İndi zənglərə sadəcə cavab verilmir. Anlayıram ki, bəlkə həqiqətən deyəcək bir şeyiniz yoxdur, artıq hər hansı bir məsələni həll edə bilməzsiniz, ancaq insanlarla danışın, həmvətənlərinizdən imtina etməyin. İnsan olmaq-vəzifə ilə tamamilə əlaqəsi yoxdur, inanın, sabah bu vəzifəyə sahib olmayacaqsınız."
Mətləb