Fransada vəziyyətin daha da gərginləşmə sürəti artır. Makronun başını itirmək həddinə çox qalmayıb.
2019-cu ildə ölkəni çökdürmüş "sarıjiletlilər hərəkatının" son zərbəsindən Makronu COVİD-19-la bağlı xüsusi karantin rejiminə keçid xilas etdi. Yüz minlərlə etirazçını küçələrdən yığa bildilər. Bizim məşhur ata sözündə deyildiyi kimi, "pişiyin könlü samanlıqda idi, it də onu vurub ora saldı"...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bu dəfə Makronun canını labüd istefadan kimin və nəyin qurtaracağı məlum deyil... Fransa tarixinin ən uğursuz prezidenti Makron fövqəladə vəziyyət rejiminə keçəcəkmi?
Makrona qədər Fransa tarixində seçkinin ilk turunda qalib gələ bilməyən və yaxasını rəqibin caynağından ancaq 2-ci turda qurtara bilən tək bir nümunə var... 1981-ci il... 2-cisi Makrondur...
Bunu tarixi fakt həvəskarları üçün dedim.
Tahir TAĞIYEV