Baxıram, bir müddətdir, ortalığa axmaq və məntiqsiz bir ideya atıblar. Guya Priqojinin "Vaqner"i 44 günlük müharibədə Qarabağda ya döyüşüb, ya döyüşmək planları olub...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Yalan qalmır danışırlar, təki hansısa bir sensasiya yaradıb diqqət çəksinlər...
Əvvəla, Rusiyanın özünə lazım olsaydı, 44 günlük müharibə vaxtı dünyanın ən qəddar döyüşçü dəstələrini Qarabağa atardı. Ancaq həmin günlərdə Qarabağda Rusiyaya belə döyüşçü dəstələri lazım idimi? Təbii ki, yox. Rusiyaya lazım olmadığı üçün Ermənistana da imkan verməzdi ki, özbaşına bu istiqamətdə iş görsün.
İkinci, "Vaqner" formaca özəl ordu olaraq adətən o müharibə meydanlarına baş vurur ki, orada özlərinə talançılıqla qənimət qazanır, təmsil etdiyi dövlətə isə ərazi, ya da əlverişli döyüş mövqeləri qazandırır.
"Vaqner" 30 il vəhşi erməni qəbiləsinin çapıb-taladığı Azərbaycan torpaqlarında hansı qənimətlərin ardınca gələ bilərdi? Priqojin bilmirdi ki, bu əraziləri Köçəryan-Sarkisyan klanı ot köklərinə qədər söküb aparıb? Heç bir qənimət potensialı olmayan ərazilərə girmək "Vaqner" kimi qurdun işi deyil...
Siyasətdə yalan danışanlar çox olub. Ancaq siyasi təhlil və siyasi şərhlərdə yalandan bacardıqca uzaq olmaq lazımdır.
Tahir TAĞIYEV