Qondarma respublikanın oyuncaq parlamentinin bu günkü iclasında çıxış etmiş oyuncaq "prezident" Araik Arutunyana belə sual verilib: "Niyə dəvəti qəbul edib danışıqlar üçün Bakıya getmirsiniz"?..
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Arutunyanın cavabı təbii ki, öz mövqeyinə haqq qazandırmaq məntiqinə söykənir və buna görə cavabın detallarını sadalamağın mənası yoxdur...
Ancaq, separatçıların mağarasının düz dibində oyuncaq "prezidentə" belə bir sualın verilməsi bütün dünyaya aydın mesajdır - "separatçılar həqiqətən parçalanıb, separatçı qaniçən "sərkərdələrin" Xankəndidə mütləqi- hakimliyi artıq sarsılıb və separatçıların arasında Bakı ilə inteqrasiya danışıqlarının tərəfdarları açıq mövqe göstərişinə keçiblər.
Tahir TAĞIYEV