Erməni mediasının yaydığı məlumatdır. Makron bu sözləri Narseldə görüş zamanı erməni əsilli bir fransız deputatın sorğusuna cavab olaraq deyib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
"Mən İlham Əliyevə Paşinyandan da çox təzyiq edirəm və edəcəyəm" - Guya Makronun sözləridir. Fransa hökuməti Makronun adından deyilmiş bu sözlərə ən yüksək səviyyədə izah verməlidir.
Makron kimdir ki, Azərbaycan Prezidentinə təzyiq göstərsin?
O Paşinyandan artıq çox şeylər edə bilər, ancaq Azərbaycan Prezidentinə, dövlətimizə təzyiq göstərmək Makronun həddində deyil.
Fransa bu məsələyə nə qədər tez aydınlıq gətirsə, bu onların öz xeyirlərinə olacaq, əks halda Makron hər gün "yıxılıb yerdə sürütlənəcək"...
Tahir TAĞIYEV