Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Ordumuz ərazi bütövlüyümüzə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır" - Vüqar Rəhimzadə

Image


Tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmiz qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. O zamandan  iki ildən artıq vaxt keçməsinə baxmayaraq işğalçı Ermənistanın konkret addım atmaq barədə düşünmədiyi diqqətdən kənarda qalmır. 

Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli  Bəyanatdan irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirən Azərbaycan bunu qarşı tərəfdən də tələb edir. Sülh müqaviləsinin imzalanması istiqamətində müxtəlif formatlarda və məkanlarda aparılan danışıqların, keçirilən görüşlərin nəticəsi olaraq Ermənistan Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəklədiyini bəyan etsə də, sülh müqaviləsini imzalamaqdan yayınır. Təkcə son zamanlar sülh müqaviləsinin imzalanması yönümündə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, may ayının  1-4-də ABŞ-da iki ölkənin xarici işlər nazirlərinin sülh sazişi üzrə danışıqları baş tutdu. Nazirlər mayın 19-da Rusiyanın paytaxtı Moskvada da görüşdülər. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın  mayın 14-də Brüsseldə, mayın 25-də Moskvada görüşü oldu. İyunun 1-də isə  Kişineuda “Avropa siyasi birliyi”nin növbəti sammiti çərçivəsində  beştərəfli formatda-  Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron görüş keçirdilər.İyulun 21-də isə Brüsseldə növbəti üçtərəfli görüşün keçirilməsinə dair razılıq əldə olunub.

Göründüyü kimi, Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində bütün səylərini göstərir, müxtəlif formatlarda görüşlərə qatılmaqla konkret addımın atılmasında maraqlı olduğunu nümayiş etdirir. Ümumilikdə ölkəmiz Brüssel formatını dəstəkləyir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hadisələrin gedişindən də bu reallıq özünü aydın şəkildə nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və hər vasitə ilə bu prosesin uzanmasına səy göstərir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində səsləndirdiyi  “Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur” bəyanatı özündə bütün məqamları açıqlayır.

İstər 30 illik işğal, istərsə  44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə dünya Azərbaycanın, rəşadətli Ordumuzun hansı imkanlara malik olduğunun şahidinə çevrilib. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt qələbəsi Azərbaycan Ordusunun hansı gücə malik olduğunu nümayiş etdirdi. İşğalçı Ermənistan aldığı dərsdən nəticə çıxarmayaraq  yeni ərazilər uğrunda müharibə planları hazırladı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbr kasasını doldurdu. Başlanan əks-hücum əməliyyatı rəşadətli ordumuzun artan gücünün təqdimatı oldu. Bir an belə olsun geri çəkilməyən ordumuz 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi.  Dünyaya səs salan Şuşa əməliyyatı Ermənistanın məğlubiyyəti oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın  müharibəsiz, siyasi yolla geri qaytarıldı. Qeyd etdiklərimiz Azərbaycan Ordusunun rəşadətinin, şücaətinin təqdimatı olmaqla yanaşı, Ermənistana və ona havadarlıq edənlərə  ciddi dərs kimi dəyərləndirilir.

Baş redaktor bildirib ki, lakin bu dərsdən də nəticə çıxarmaq istəməyən Ermənistan  sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün hərbi təxribatlarını davam etdirdi.  Azərbaycan Ordusunun “Qisas” və “Qətiyyətli cavab” kimi əməliyyatları bir daha təsdiqlədi ki, ordumuzun gücü, qüdrəti daim artırılır, döyüş qabiliyyəti  gücləndirilir.  “Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik” söyləyən dövlət başçısı İlham Əliyev  keçilən yolun təhlili fonunda qarşıdakı dövrün hədəflərini açıqlayır. Onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını təqdim edərkən bu çağırışı da etmişdir ki, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əgər yenə də Ermənistan saxtakarlıq etməsə,  mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da,  rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  hər bir çağırışı, bəyanatı Ermənistana və ona havadarlıq edən dövlətlərə çiddi mesajdır. Təəssüflər olsun ki, işğalçı dövlət təxribatlarından əl çəkmir,  bəzi dünya gücləri baş verənlərə laqeyd yanaşmaqla vəziyyətin gərginləşməsində maraqlı olduqlarını açıq-aydın göstərirlər. İyunun 26-da Qarabağda törədilən təxribat regionda sülhün təminatına qarşı növbəti cəhd oldu. Əvvəldə də qeyd etdiyimiz kimi, təxribatlar danışıqların pozulmasına,  10 noyabr 2020-ci il tarixli  Bəyanatdan irəli  gələn öhdəliklərin yerinə yetirilməməsinə  hesablanıb. Təxribatın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşləri ərəfəsində törədilməsi Ermənistanın məqsədli niyyətindən irəli gəlir. Bu, bir daha təsdiqlədi ki,  Ermənistan  sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Erməni təxribatı nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına cavab gecikmədi.  “Qisas” əməliyyatı nəticəsində  qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi. Azərbaycan dövləti daim bu çağırışı edir ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. İşğalçı dövlət  2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.

Reallıq budur ki, Qarabağdakı terrorçu rejim birbaşa Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdədir. Belə olan halda bu sual hər kəsi düşündürür - Bu qüvvələrə dəstək verən korrupsioner və erməni lobbisinin sifarişi ilə fəaliyyət göstərən bəzi  Qərb dairələri əslində kimlərin marağına xidmət edirlər?

Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. Bunu hələ də işğalçı Ermənistana havadarlıq edib vəziyyəti gərginləşdirmək yolunu tutan bəzi aparıcı dövlətlər və beynəlxalq təşkilatlar da yaxşı bilir. Dövlət başçısı İlham Əliyevin “Biz hələlik özümüzü təmkinlə aparırıq” çağırışı qarşı tərəfə ciddi mesajdır. Vahid proqram əsasında inkişaf etdirilən, döyüş qabiliyyətini günbəgün artıran  Azərbaycan Ordusu müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ