Fransadakı Azərbaycanlı jurnalistlərə olan hücumu qətiyyətlə pisləyirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində yazılıb.
Məlumatda deyilir: “Jurnalistlərə qarşı törədilən bu iyrənc hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”.