ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.
Trend xəbər verir ki, danışıqlar fasilələrlə 4-5 saat davam edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bağlı qapılar arxasında iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam edib.
İyunun 29-dək davam edəcək danışıqların əsas mövzusu sülh sazişidir.