Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib. “Türkiyə tərəfi ilə dialoq prosesi bir yerdə dayanmır, lazım gələrsə, Türkiyənin xüsusi nümayəndəsi ilə danışıram.” Erməni vitse-spiker bildirib ki, hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü ilə bağlı razılaşma yoxdur. R.Rubinyan qeyd edib ki, Ermənistan və Türkiyə arasında son razılaşma turizm mövsümünün əvvəlində quru sərhədinin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün açıq olması idi. "Ermənistan tərəfi "Marqara"nəzarət-buraxılış məntəqəsinin müvafiq infrastrukturlarının yaxşılaşdırılması üçün işlər aparır. Biz tezliklə işləri başa çatdıracağıq. Ümid edirik ki, Türkiyə tərəfi də əldə edilmiş razılaşmalara əməl edəcək və bu yay ərzində həyata keçiriləcək", – Rubinyan deyib.
Mətləb Salahov