Cümə günü, 11 sentyabr 2026
     

Xətai rayonunda Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirildi - FOTO

Image


İyunun 25-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilmiş tədbir keçirildi.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkiatının sədri Vüqar Rəhimzadə bildirdi ki, rəşadətli Azərbaycan Ordusu 105 yaşını qeyd edir. 105 ildə keçilən yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir. Artıq üçüncü ildir ki, tarixi günlərimizi,  bayramları Zəfər ruhunda qeyd edirik. Azərbaycan əsgəri və zabiti bu günü iki qat bayram edir.  Bu baxımdan ki, 30 illik işğala son qoyan rəşqadətli ordumuz  xalqımıza Zəfər sevincini yaşatdığı, soydaşlarımızın torpaq həsrətinə son qoyduğu  üçün qürurludur. Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi  faşist xislətli ermənilərin son iki əsrdə azərbaycanlılara qarşı apardıqları soyqırımlara, siyasi, hərbi  terrorlara cavab oldu. Düşmən üzərində  Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə xalqımızın Müzəffər Sərkərdəsi, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin ifadəsi idi. Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclu orduları sırasında qərarlaşması həm də iqtisadi qüdrətimizin göstəricisidir. Təsadüfi deyil ki, ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində apardığı döyüş əməliyyatları beynəlxalq səviyyədə diqqətlə araşdırılır, müharibə taktikamız öyrənilir.

Vüqar Rəhimzadə qeyd etdi ki, Azərbaycanda  ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladığı statistik rəqəmlərlə də ifadə olunur. Azərbaycan Ordusunun gücü, qüdrəti etiraf edilir. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradı, onun ardınca dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında salınan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünün, imkanlarının təqdimatı oldu. 

 YAP Xətai rayon təşkilatının sədri bildirdi ki,  Ulu Öndər Heydər Əliyevin  orduya diqqət və qayğısının bariz nümunəsi 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün- 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsidir. Ümummilli Lider  hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Bu mühüm məqamı da qeyd edək ki, hələ sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğuna,  hərbi qulluqçulara diqqət və qayğısı davamlılığı ilə diqqətdədir.  Cənab İlham Əliyevin 25 iyun 2023-cü il tarixli “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında”, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” sərəncamları da bir daha bunun bariz nümunəsidir.

Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsindən bəhs etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycaın müstəqil gələcəyini düşünərək hərbi kadrların hazırlanması üçün  mühüm addımlar atmış, Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdır. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələrinin formalaşmasına imkanlar yaratdı. Nizami ordu formalaşdırıldı, əsgər və zabitlərimizin döyüş ruhu artırıldı.

Anar Məmmədov görülən işlərin zirvəsində dayanan tarixi Zəfərimizin  Azərbaycanın dünyaya təqdimatında oynadığı rola diqqəti yönəldərək bildirdi ki, bu gün qailb ölkə Azərbaycandır, güclü ordu Azərbaycan Ordusudur,  yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Möhtəşəm Qələbəmiz  Ermənistanın uzun illər ərzində yaratdığı mifləri dağıtdı. Dünya ordumuzun imkanlarının şahidinə çevrildi. Azərbaycanın bugününə və gələcək yoluna daim işıq salan, Zəfər tariximizin unudulmaz qəhrəmanlarını bir daha dərin ehtiramla yad edir, şəhidlərin hər birinin ruhu qarşısında baş əyirik.

Qazilərdən  Tariyel Şıxbalayev,  Teymur Məlikov, Orxan İmanov və Aşır Gülgəzov çıxış edərək bildirdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Azəraycan Ordusu  Müzəffər Ali Baş Komandanın daim «Hücum!» əmrini gözləyirdi və həmin an 2020-ci ildə yetişdi. “Vətən bizi çağırır” kəlmələri ilə cəbhəyə könüllü yollanan Vətən oğullarının üzlərində sevinc, gözlərində qisas hissi var idi. Yurdu yaşatmaq üçün Azərbaycan oğulları Vətən borcunu verməyə necə hazır olduqlarını 44 gün ərzində nümayiş etdirdilər. Həmin günlərdə döyüş meydanında vuruşanlar da, arxa cəbhədə çalışanlar da, bir sözlə, hər kəs bir hədəfə vururdu. Prezident-Ordu-Xalq birliyi Vətən müharibəsində tarixi Qələbəmizi şərtləndirən ən başlıca amil oldu.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan qazilərimizə partiyanın üzvlük vəsiqəsi təqdim edildi.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

SON XƏBƏRLƏR

11.09.2026 / 01:12
“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub oldu

10.09.2026 / 22:45
Tarixin saxtalaşdırılması davam edir

10.09.2026 / 22:17
İranın Hörmüz boğazını bloklaması Trampa 4,4 milyon dollar qazandırdı…

10.09.2026 / 21:58
Neft tankerlərini ilk dəfə vuran ABŞ İranla müharibənin yeni səhifəsini açdı...

10.09.2026 / 21:32
Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

10.09.2026 / 21:14
Tramp Putinin ən son “Ukrayna təklifinə” nə cavab verib? - İşin üstü açılsa, qiyamət qopacaq...

10.09.2026 / 20:55
11 Sentyabrın 25-ci ili: Əfqanıstandakı “saatlı bomba” yenidən partlayacaq...

10.09.2026 / 20:39
Gürcüstanda siyasi qüvvələr bir-birini qırır - David Monastrını Azərbaycana kim “satıb”?...

10.09.2026 / 20:22
Tramp bir təbriklə sağ populist partiyaları mövcud Avropa hakimiyyətlərinə qarşı qaldırdı...

10.09.2026 / 20:07
Trampın elçiləri ilə Putinin “Zəngəzur razılaşması”? - Paşinyan Moskvadan əvvəl Parisə yollandı...

10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

10.09.2026 / 19:35
11 dövlətin İsrail əleyhinə bu addımına Trampdan maraqlı reaksiya gəldi...

10.09.2026 / 19:17
I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində

10.09.2026 / 19:03
Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın oğlu olub-olmadığını araşdırdı...

10.09.2026 / 18:27
Trampla təmaslardan sonra Putin Ukraynaya qarşı daha da fəallaşıb...

10.09.2026 / 18:04
Mümkün Rusiya-ABŞ-Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər…

10.09.2026 / 17:50
Neft qiymətləri 150 dollara qədər yüksələ bilər – “Hörmüz düyünü” açılmasa…

10.09.2026 / 17:36
ABŞ Beynəlxalq Cinayət Məhkəməsini ləğv etmək üçün NATO müttəfiqlərindən kömək istədi

10.09.2026 / 16:47
Çində yük gəmisində güclü yanğın - 20 nəfər həlak olub, 5 nəfər itkin düşüb...

10.09.2026 / 16:30
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edib - Xidmət rəisi açıqladı...

10.09.2026 / 16:18
Binəqədidə kirayədə yaşadığı evi soyan şəxs yaxalandı

10.09.2026 / 16:05
Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

10.09.2026 / 15:49
Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

10.09.2026 / 15:25
Azərbaycanın Xəzər limanları təhlükədə - - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

10.09.2026 / 14:40
İranda şiə-sünni müharibəsi salmaq planı deşifrə olundu...

10.09.2026 / 14:34
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya qrafiki dəyişə bilər - Zəngəzur dəhlizi önə çıxacaq...

10.09.2026 / 14:30
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik etdi

10.09.2026 / 14:26
Prezident qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqlədi

10.09.2026 / 14:25
Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələri layihəsi təsdiqləndi

10.09.2026 / 14:16
Trampın müşavirləri xəbərdarlıq etdi – İran müharibəsi 2029-a qədər uzana bilər…

10.09.2026 / 14:08
Ukrayna Xəzərdə Şimal-Cənub nəqliyyat dəhlizində əsas halqalarından birini vurdu…

10.09.2026 / 13:35
Qara dənizdə daha bir yük gəmisi vuruldu - iki azərbaycanlı həlak oldu

10.09.2026 / 13:23
Qərb xüsusi təyinatlılarının Bolqarıstan və Serbiyadakı gizli kamplarda rus əsgərlərinə təlim keçdiyi ortaya çıxdı - NATO-da görünməmiş qalmaqal…

10.09.2026 / 13:06
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

10.09.2026 / 12:54
Dəyişən dünyanın mərkəzində Azərbaycan var

10.09.2026 / 12:37
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

10.09.2026 / 12:25
Tramp Hörmüzün adını öz şərəfinə dəyişdirəcəyinə söz verdi – “İran rəhbərliyi də məmnun olacaq”…

10.09.2026 / 12:17
Azərbaycanda məsafədən kreditlərin qaydaları dəyişir

10.09.2026 / 12:05
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışını etdi - FOTO

10.09.2026 / 11:50
Respublikaçılar seçkilərdə qalib gəlsə, hər bir amerikalı 5 min dollar alacaq - Tramp vəd verdi…

10.09.2026 / 11:42
İran İordaniyada ABŞ-ın 10-a yaxın hərbi təyyarəsini vurdu…

10.09.2026 / 11:15
Rusiya Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərdi...

10.09.2026 / 11:12
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşdi

10.09.2026 / 11:07
Azərbaycan nefti bahalaşdı...

10.09.2026 / 10:52
İran bu dəfə ABŞ hərbi gəmilərini elektro-optik raketlərlə vurdu…

10.09.2026 / 10:45
Baş nazirdən müxalif liderə “İsrail mesajı” - mən it ola bilərəm, amma sahibim yoxdur…

10.09.2026 / 10:31
Trampın xüsusi elçilərinin 8 Moskva səfəri nəticə vermədi - oyuna MKİ direktoru daxil olur…

10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu

10.09.2026 / 10:25
Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

10.09.2026 / 10:16
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

10.09.2026 / 10:05
NATO ölkəsi açıqladı - Zelenskinin təyyarəsi dron hücumundan son anda qurtuldu…

10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı - Baş Prokurorluq işi açdı...

10.09.2026 / 09:30
İranın bir çox bölgəsində gecə yarısı partlayış səsləri eşidildi…

10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi - ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ

10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ