Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Vaqner" nüvə anbarlarını tutdu, Putinin yeri bilinmir - iki generalın edamı tələb edildi...

Image


Rusiyanın Ukraynaya təcavüzündə əsas rol oynayan və son zamanlar Kremllə tez-tez toqquşan rus muzdlu qruplaşması “Vaqner” Moskvaya qarşı üsyan qaldırıb. Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi də tanınan “Vaqner” lideri Yevgeni Priqojin Rusiya ordusunun "Vaqner" düşərgəsinə raket hücumu həyata keçirdiyini və çoxlu əsgərini öldürdüyünü iddia edib.

Bundan sonra Priqojin rus ordusuna cavab vermək üçün hərəkətə keçdiklərini açıqlayıb və xüsusilə iki nəfəri hədəfə alıb. Rusiya müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandıran Priqojin onların Qızıl Meydanda asılmasını tələb edərək, qarşılarına çıxanları məhv edəcəklərini bildirib.

Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşərək tələblərini çatdıran Priqojin “Biz bura gəlmişik. Rostovda nəzarəti bərpa etdik. Biz burada Baş Qərargah rəisi Valeri Gerasimov və Şoyqunu (Rusiya müdafiə naziri) istəyirik. Gəlməsələr, Rostov şəhərini mühasirəyə alıb, Moskvaya yola düşəcəyik”.

Kadrlarda Yevkurovun Priqojindən döyüşçülərini geri çəkməsini xahiş etdiyi, lakin Priqojinin bu təklifdən imtina etdiyi görünür.

Priqojin ölkənin cənubundakı Rostov şəhərində “bütün hərbi obyektləri” ələ keçirdiklərini bildirib. Moskvadan təxminən 500 km (310 mil) cənubda yerləşən Voronej şəhərində də hərbi obyektlərə nəzarətin onlarda olduğunu deyib.

Telegram-da video yayımlayan Priqojin Rusiya ordusuna qarşı üsyan etdiyini açıq şəkildə ifadə edib. Onun çağırışından sonra "Vaqner" və rus ordusu üz-üzə gəlib. Sayının 60 min olduğu bildirilən "Vaqner" qrupunun Rostov və bir çox şəhərdə əsgərləri küçələrə çıxardığı bildirilir.

"Vaqner" lideri Priqojinin “Rostovu mühasirəyə alıb Moskvaya keçəcəyik” bəyanatından sonra rus ordusu Voronej şəhərini bağlayıb. Rusiya Müdafiə Nazirliyi Rostov sakinlərini evlərini tərk etməməyə, "Vaqner" döyüşçülərini təslim olmağa çağırıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi də bildirib ki, muzdlu "Vaqner" üzvləri Moskvaya hücum etməyi hədəfləyiblər. Nazirliyin bildirdiyinə görə, artıq "Vaqner" silahlıları şimala doğru hərəkət etməyə başlayıblar. BBC də “Vaqner” hərbi karvanının Voronejlə Moskvanı Lipetsk vilayəti üzərindən birləşdirən M4 şossesi ilə hərəkət etdiyini bildirib.

Rusiya Hərbi Hava Qüvvələri Voronejdən Moskvaya doğru irəliləyən "Vaqner"in hərbi karvanına zərbələr endirməyə başlayıb. “Vaqner”in isə Rusiya ordusuna məxsus təyyarə və helikopteri vurduğu iddia edilir. Sosial mediada orduya məxsus İl-22 hərbi təyyarəsinin “Vaqner” tərəfindən vurulmasının görüntüləri yayılıb.

 

Paytaxt Moskva və digər bir neçə şəhərdə terrorla mübarizə çərçivəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərlərdə kütləvi tədbirlər təxirə salınıb, şəhərdəki mühüm obyektlər gücləndirilmiş mühafizəyə götürülüb. Rusiyanın simvolu olan Kreml Sarayının yaxınlığındakı muzeylərin də boşaldıldığı bildirilir. Boşaldılan yerlər arasında Tretyakov Qalereyası, Puşkin Muzeyi də var.

Məlumata görə, Moskvanın cənubuna Rusiya təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə başlanıb. Bununla bağlı yayılmış kadrlarda ağır silahlarla təchiz edilmiş Rusiya təhlükəsizlik qüvvələrinin Moskvanı Rusiyanın cənubu ilə birləşdirən magistral yolun yaxınlığında mövqe tutduğu görünür.

Lipetsk vilayətinin qubernatoru da xalqı evdə qalmağa və səyahət etməməyə çağırıb. Lipetskdə yerli hakimiyyət bütün avtobus reyslərinin növbəti bildirişə qədər ləğv edildiyini açıqlayıb. Voronej Rostovdan sonra “Vaqner” qoşunlarının mühüm əraziləri tutduğu bildirilən ikinci şəhərdir.

 

Bu arada, Rusiyada Rostov, Voronejə girən və Kremlə doğru yürüşə başlayan "Vaqner" muzdluları ilə bağlı qorxunc xəbər yayılıb. İddialara görə, “Vaqner” nüvə silahlarının saxlandığı hərbi anbarları ələ keçirib. İddialarla bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur.

Rusiya prezidenti Vladimir Putin isə ölkədə çevriliş cəhdinə çox sərt reaksiya verib. Putin bununla bağlı ictimaiyyətə müraciət edib: “Gecə bütün cəbhələrdə ordu hissələrinin komandirləri ilə görüşdüm, ordumuz qəhrəmancasına döyüşür. Mən Rusiya xalqına, onun əsgərlərinə, təhlükəsizlik qüvvələrinə, yalan və hədələrlə silahlı üsyan yoluna sürüklənənlərə səslənirəm. Rusiya öz gələcəyi üçün ciddi mübarizə aparır. Qərbin bütün hərbi və informasiya vasitələrindən Rusiyaya qarşı istifadə olunur. Konstitusiya quruluşunu, vətəndaşların həyatını və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm. Vətəndaşlarına qarşı silah çəkənlər Rusiyaya xəyanət ediblər və bunun bədəlini ödəyəcəklər.

Biz bu gün dövlətimizi qorumaq üçün hər şeyə hazırıq. Bu gün baş verənlər vətənə xəyanətdir. Biz indi öz mənafeyini düşünən insanlara qarşıyıq. Biz ordumuzu dəstəkləyirik. "Vaqner" qüvvələri də Rusiya üçün canlarını qurban verirdilər. Amma indi onların arasında satqınlar da var. İndi onların arasında silahlı üsyana başlayanlar da var. Bu qiyamın ölkəmizə heç bir faydası olmayacaq. Vətən xainləri ciddi şəkildə cəzalandırılacaq. Bu cinayətkarlar bilsinlər ki, cavabımız sərt olacaq. Onlar qanun qarşısında və xalqımız qarşısında cavab verəcəklər. Konstitusiya quruluşunu, vətəndaşların həyatını və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm.

Rostov şəhərində vəziyyət mürəkkəbdir. Dövlət qurumlarının fəaliyyəti iflic olub. Amma sabitliyə doğru addımlar atılacaq. Bizim birliyimizi parçalayan hərəkətlər əslində xalqımıza, hazırda cəbhədə vuruşan silahdaşlarımıza qarşı xəyanətdir. Bu, xalqımızın kürəyinə bıçaq soxmaqdır. Xalqımızın gələcəyinin müəyyən olunduğu bu müharibə (Ukrayna müharibəsi) bütün qüvvələrin birləşməsini tələb edir. Bu, birlik, konsolidasiya və məsuliyyət tələb edir. Bizi zəiflədən hər şey, xarici düşmənlərimizin istifadə edə bildiyi, hətta indidən istifadə edərək, bizi daxildən korlamaq üçün istifadə edə biləcəyi bütün savaşlar bir kənara atılmalıdır".

Putinin açıqlamalarından sonra Priqojinin cavabı çox gecikməyib. "Heç kim Putinin əmri ilə təslim olmağı planlaşdırmır. Biz artıq korrupsiya, yalan və bürokratiyanın hökm sürdüyü ölkədə yaşamaq istəmirik” deyib.

Çeçenistan lideri Ramzan Kadırov çeçen əsgərlərinin rus əsgərlərini kürəyindən bıçaqlayan "Vaqner"in lideri Yevgeni Priqojinə qarşı savaşmağa hazır olduğunu bəyan edib.

Priqojin başlatdığı qiyamla bağlı “Biz bir nəfər də olsun öldürmədik, bir güllə də atmadan Rostovu aldıq” deyib.

Təyyarəsinin Moskvadan ayrıldığı bildirilən Putinin isə harada olması ilə bağlı müxtəlif xəbərlər dolaşır. Putinin mətbuat katibi Dmitri Peskov TASS xəbər agentliyinə prezidentin Kremldə olduğunu bildirib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ