Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvan Qərb və Kreml arasında seçimini etdi: Rusiyadan tam üz döndərildi

Image


Məlum olduğu kimi, Ermənistan Azərbaycan ərazisinin bir hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə sərhədinə çox yaxın bir ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollar dəyərində iri metallurgiya zavodu inşa etməyə hazırlaşır.

Metallurgiya zavodunun illik istehsal gücünün 180 min ton olacağı bildirilir. Azərbaycan buna etiraz edib, lakin erməni tərəfi zavodun inşa olunduğu ərazidə ABŞ bayrağını qaldırmaqla prosesin arxasında Vaşiqtonun da dayandığını nümayiş etdirməyə çalışır.

Amma Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants qeyd edir ki, Arazdəyəndə ABŞ bayrağının qaldırılması primitiv addımdır, bu, Azərbaycanın zavodla bağlı ekeolji iradlarına mane olmayacaq. Onun sözlərinə görə, Azərbaycanın tələbləri göz qabağındadır: “Biz bayraq qaldırmaqla təhlükəsizlik problemini həll etməyəcəyik”. Baş verənlərlə bağlı Rusiyanın “Vesti Kavkaza” portalı yazır: “Ermənistan-Azərbaycan sərhədində, Araz çayına yaxın ərazidə Amerika bayrağı dalğalanır. Bunu Ermənistanda ekologiya sahəsində beynəlxalq hüququ pozan metallurgiya zavodunun inşaatçıları qaldırıb. Onların nöqteyi-nəzərindən bu, Azərbaycana mesaj olsa da, əslində Rusiyaya bir siqnaldır. Arzadəyən kəndi Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılışının əsas nöqtələrindən biridir. Məhz onun ərazisindən İrəvandan Naxçıvana dəmir yolu, eləcə də Ermənistan hakimiyyətinin nəzarətində olan Azərbaycanın Kərki anklavına gedən avtomobil yolu keçir. Arazdəyən coğrafi mövqeyinə görə Qarabağ müharibəsindən sonra Ermənistan-Azərbaycan sərhədində daimi gərginlik nöqtələrindən birinə çevrilib: kommunikasiyaların qarşısını almaq istəyən İrəvan oralarda mütəmadi olaraq atəş açmağa başlayıb. Naxçıvandan keçən dəmir yolunun işə salınması və bu yol olmadan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsindən imtina edilməsi əsas məqsəddir. Bundan əlavə, kənddə rus sərhədçiləri yerləşdirilib və Ermənistan rəhbərliyi onları Azərbaycan ordusunun cavab atəşinə məruz qoymağa çalışır.  Bu halda Ermənistan hakimiyyəti təxribatlarla bağlı yeni əfsanə ilə gündəmə gəlib. Arazdəyəndə iri metallurgiya zavodunun tikintisi razılaşdırılıb ki, bu da Azərbaycanda etiraza səbəb olmaya bilməzdi. Bəs bu halda Arazdəyəndəki  ABŞ bayrağının mənası nədir? Ermənistanın “GTB Holdings” şirkətinin keçmiş “törəməsi” “GTB Steel”in zavodun tikinti meydançasında ABŞ bayrağının quraşdırılması ilə bağlı bəyanatı çox qeyri-müəyyəndir: şirkət nümayəndəsi etiraf edib ki, Amerika bayrağı hərbi müdafiəni təmin etmir, lakin əlavə edib ki, o, idarə heyətinin Arazdəyəni tərk etməmək və tikintini davam etdirmək qərarını işçilərə çatdırıb. Görünür bu, “GTB Steel”in səhmlərinin 50%-nin bu ilin may ayından iki Amerika şirkətinə - “CS Global Investments” və “Virtual Funding”ə məxsus olduğuna işarədir. Eyni zamanda, faktiki olaraq, “GTB Steel”in sahibləri olduğu kimi qalıb: Ermənistanın mərhum baş naziri Vazgen Sarkisyanın ailəsi və “GTB Holdings”ə nəzarət edən amerikalı hindli Bobbi Kanq.

Şirkətlərin bu cür qarışdırılmasında iqtisadi məna çox azdır, amma siyasi məna olduqca parlaqdır: indi zavodu de-yure Ermənistana deyil, amerikalı səhmdarlara məxsus şirkət tikir və Azərbaycan tərəfdən Amerika mülkünə cavab atəşi açılır. Burada “sanki” hissəciyi əsasdır, çünki bütün kənar müşahidəçilərə aydındır ki, zavod ermənilərindir və onun işini erməni iş adamları idarə edəcək. Bundan əlavə, səhmdarların hüquqi ünvanları zavodun tikintisinin Espo Konvensiyasını pozması ilə bağlı heç nəyi dəyişmir (bəlkə də ermənilər belə qərara gəliblər ki, Amerika örtüyü onlara bu pozuntuya məhəl qoymamağa imkan verəcək). Bununla belə, Arazdəyəndəki ABŞ bayrağı daha mühüm siyasi məna daşıyır - o, Moskva üçün tarixin çox çətin dövründə Qərb qüvvələrinin Rusiyanın müttəfiqinin ərazisinə nüfuz etmə dərinliyini ölçür. Birincisi, Nikol Paşinyan rejimi Aİ-nin təhlükəsizlik rəsmilərindən ibarət iki illik “müşahidəçi” missiyasını Ermənistana buraxdı və indi Ermənistan-Türkiyə sərhədində Rusiya sərhəd postunun yaxınlığında Amerika bayrağı dalğalanır. Belə çıxır ki, bayraq Azərbaycana xəbərdarlıq etmək üçün qaldırılıb, əslində isə Rusiyaya xəbərdarlıq edir: Ermənistan indi müdafiəni ancaq Qərbdə axtarır. İrəvanın növbəti məntiqli addımı Amerika qüvvələrini Arazdəyənə dəvət etmək və onları sərhəddə qarşıdurmaya vadar etməyə çalışmaq olardı. Vaşinqton məmnuniyyətlə Ermənistana əsgər göndərəcək, amma onları güllə altına salmayacaq, onun başqa vəzifəsi var - Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq. Yəni anti-Azərbaycan məqsədlərini güdən İrəvan əslində ABŞ-ın məqsədlərinə xidmət edir. Bununla da Rusiyaya xəyanət edir”. İrəvanın Moskvaya xəyanətinin miqyasının genişlənməsinə Ermənistanın “Qraparak” nəşri də xüsusi diqqət edir: “Ermənistan hakimiyyəti müttəfiqimiz Rusiyaya qarşı növbəti təxribatçı kursa başlayıb. Məlum olub ki, Avropa Parlamentinin müdafiə komitəsinin sədri Natali Luazo və Avropa Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvlərinin də daxil olduğu Avropa İttifaqı nümayəndə heyəti Sisian hava limanına enib”. Nəşr qeyd edib ki, 44 günlük müharibədən sonra Sisian hava limanını Rusiya sülhməramlıları idarə edir və ona bitişik ərazidə onların geniş poliqonu var: “Onları hava limanında Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin qarşılayıb. Enişdən sonra müşahidəçilərin “Twitter” səhifəsində onların Laçın yolunun yaxınlığında patrul xidməti həyata keçirəcəkləri ilə bağlı qeyd edilib. Üçtərəfli bəyanata görə, Aİ müşahidəçilərinin həmin ərazidə patrul fəaliyyəti göstərmək səlahiyyəti yoxdur və məlum olub ki, qrup Aİ missiyasına qoşulur. Onlar Rusiya sülhməramlılarının nəzarət zonasında peyda olublar. Azərbaycan tərəfi bir neçə gün əvvəl sülhməramlı qüvvələrin müşayiəti ilə orada bayraq qaldırıb”. Nəşr qeyd edir ki, bəzi hökumət dairələrində, hətta Zəngəzurda son günlərin prosesləri təhlükəli avantüra kimi qələmə verilir və Aİ müşahidəçilərinin Ermənistanda olması Rusiyada birmənalı qəbul olunmur:  “Üstəlik, onlar Ermənistan hakimiyyətinin icazəsi ilə rus sülhməramlılarının nəzarət zonalarında peyda olublar”. Nəşr onu da qeyd edib ki, Aİ nümayəndələri ilə Ermənistanın sabiq səhiyyə naziri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Arsen Torosyan da Zəngəzura gedib. Qəzetin mənbələrinin bildirdiyinə görə, bu halda hökumət Ermənistanın KTMT üzvlüyünün dondurulması istiqamətində yeni addımlar atmağa hazırlaşır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ