24 iyun 2023-cü ildə Azərbaycan Liberal Partiyasının növbəti Qurultayı keçirilmişdir.
ALP mətbuat xidmətindən baki-xeber.com-a veriləm məlumata görə, Qurultay Əvəz Temirxanı alternativ əsaslarla yenidən partiyanın sədri seçmiş və partiyanın fəaliyyətini növbəti deputat seçkilərinədək müvəqqəti dayandırmışdır.
Qurultayın qərarında deyilir: “Azərbaycan Liberal Partiyasının fəaliyyəti 31 dekabr 2024-cü ilədək müvəqqəti olaraq dayandırılsın, 31 dekabr 2024-cü il tarixinədək Azərbaycan Respublikasının Milli Məclisin buraxılacağı və Milli Məclisə yeni deputat seçkiləri keçirləcəyi təqdirdə isə ALP-nin fəaliyyəti Milli Məclisə gələcək deputat seçkilərininin təyin olunacağı günədək müvəqqəti dayandırılsın”.
ZÜMRÜD