Bazar ertəsi günü, 09 noyabr 2026
     

Putin “meyvələrini dərir”...

Image


Yaxşı yadımdadır, 1999-cu ilin şaxtalı son dekabr gecəsində kabinetini balacaboy Vladimir Putinə təhvil verəndə o vaxt artıq iflic hala düşmüş Boris Yeltsinin gözləri yaşarmışdı. Kremldə nostalji anlar yaşandı o məqamda. Yeni ili qarşılamaq üçün süfrə axasında “vodka”nı qucaqlayan ruslar, əsl şok yaşayırdı. İllərin araq düşkünü olan Boris Nikolayeviç sanki kabinetini deyil, axirət evini V.Putinə hədiyyə edirdi...

24 ilə yaxındır ki, Kremldə hakimiyyət başında oturan V.Putin bu gün “Vaqner” özəl hərbi qruplaşması tərəfindən devrilməklə üz-üzə qalıb. Bu gün Rusiya kriminallaşan acgöz məmur qruplaşmaları arasındakı amansız düşmənçik  meydanına çevrilib. V.Putinin keçmiş aşpazı olan Priqojin pul qarşılığında döyüşən əsgərlərini Ukrayna ilə cəbhə xəttindən geri çəkib Rusiyanın şəhərlərinə doğru irəliləyir. Bilmirəm, bu oyundur, yoxsa Rusiya hakimiyyətinin daxilindəki qruplaşmaların amansız düşmənçiliyinin açıq mübarizəsidir - hər nədirsə V.Putin üçün ÇOX PİS İŞLƏRDİR.  Ən azı “Vaqner”in qiyam addımı Rusiyadakı ab-havanı mütləq dəyişəcək, burası tam əminliklə belədir. Kreml bu qiyamı amansızda olsa yatıracaqmı, yoxsa bütün Rusiyanı ölümcül xaos bürüyəcək - burasını bilmirəm. İndi mən bu yazını yazdığım dəqiqələrdə Rusiya bir qorxu dolu xaos içindədir. Aydın olan odur ki, “Vaqner” Rusiyanın müdafiə naziri Sergey Şoyqunun düşmənidir. Muzdlu döyüşçülər də məhz onlara qarşı ədalətsizlik və düşmənçilik səbəbindən qiyam qaldırdıqlarını bəyan ediblər.

Qısacası, muzdlu əsgərlər Rusiyaya qarşı açıq müharibəyə başlayıblar və bunun sonunun necə qurtarmasından, kimlərin bu yürüşdə onlara qoşulub-qoşulmayacağından asılı olmayaraq V.Putinin hakimiyyəti üçün ciddi çalxalanma başlayıb. Rusiya liderinin xalqa müraciətində məhz diqqət çəkiləsi məqam da budur: “Biz hakimiyyətin parçalanmasına imkan verməyəcəyik”. Demək, Kremldə ciddi parçalanma amansız düşmənçiliyə çevrilib. Necə deyərlər, V.Putin erası qanlı-qadalı olsa da sona çatır deyəsən…

Kimdir V.Putin, hakimiyyətə gəldikdən sonra Rusiya üçün nə etdi, Rusiyanı və rusları hardan hara gətirdi?. Kremldə 24 ilə yaxınlaşan hakimiyyəti zamanı Rusiya bir dövlət olaraq balacaboy V.Putindən nə qazandı, nə itirdi?. Bu suallara cavab tapmaq üçün hazırkı Rusiyanın görkəminə nəzər salmaq kifayətdir məncə. V.Putin tarixi baxımdan xarizmatik liderdir, burası mübahisəsiz belədir. O, SSRİ-nin süqutundan sonra dünya siyasətində qapazaltı vəziyyətinə düşən Rusiyanın dünyadakı imicini özünə qaytardı və onunla hesablaşmağın çox vacib olduğunu dünya güclərinə diqtə etdi. Keçmiş KQB generalı o dərəcədə özünə və gücünə əmin oldu ki, hətdda ABŞ-dakı seçkilərə barmaq uzadacaq qədər güc nümayiş etdirdi. Amma nəyin hesabına?. Məhv edilmiş rus ədəbiyyatı, çökmüş Rusiya iqtisadiyyatı, incəsənəti, elmi tərəqqisi, B.Yeltsinin dövründəki intellektual televiziya proqramları əvəzinə gecə-gündüz Vladimirə yaltaqlanan iyrənc siyasi tok-şouların həyasız dərəcəyə çatması HESABINA!.

Amma tarixi baxımdan ruslar daha V.Putinin despot idarəsi altında yaşaya bilmirlər. Rusiya cəmiyyəti sözün əsl mənasında despot idarəçiliyin yumruğu altında boğulur, vəssalam.Baxın, illərdir balacaboy sovet çekistinə qarşı cınqırını çıxarmağa cəsarəti olmayan “vodka” sevdalı ruslar, artıq Moskva və Peterburq küçələrində ucadan etiraz mahnıları oxumağa başlayıblar. Müxalifətçi blogger Aleksey Navalnının V.Putinə qarşı məhəllə davasına bənzər səs-küy salması, 20 illik “dəmir yumruqdan” bezən rusları dilə gətirib. Əvvəllər Kreml sahibinə qarşı narazılıqlarını öz evlərində və iş yerlərində sakitcə, pıçıltı ilə dilə gətirən ruslar, indi artıq küçələrdə ona qarşı şüarlar səsləndirirlər. Özü də A.Novalnını dəstəkləməklə!.

Məşhur tezisdə deyildiyi kimi, “İnqilab o zaman baş verir ki, yuxarıdakılar əvvəlki qaydada idarə edə bilmir, aşağıdakılar isə, əvvəlki kimi yaşamaq istəmirlər.” İndiki halda V.Putindən narazıçılıq səsini getdikcə daha da gur çıxarmağa başlayan Rusiya cəmiyyətinin inqilaba hazır olub-olmadığını müəyyənləşdirmək hələ tezdir. Amma Rusiyanı bürüyən cinayətkar məmur şəbəkəsi, iqtisadi böhran, sosial partlayış həddinə çatan ürəkağrıdan vəziyyət artıq bu cür davam etmənin mümkün olmayacağının siqnalını verir. V.Putinin 23 illik “dəmir yumruğu” ilə rusları bundan sonra daha bir neçə il idarə etmək çətin olacaq deyəsən...
Bütün günü tutuquşu kimi V.Putini zəhlətökən şəkildə tərifləmək, ona yaltaqlanmaq üçün ən həyasız cildlərə girən Marqarita Simonyanlar, Solovyovlar, daha kimlər kimlər… Hazırkı Rusiyanın acı tablosudur bu. “Vaqner” nəyə nail olacaq bunu bilmək çətindir. Amma Rusiyada hər şey başqa cürə olacaq. Çünki Rusiya tarixində heç vaxt dincliklə hakimiyyət dəyişikliyi olmayıb. Bir sözlə V.Putin öz “meyvələrini dərir“, acısını isə mütləq bütün Rusiya çəkəcək. Rusiya həm də yeni dəyişikliklərə “hamilədir”. Qanlı-qadalı olsa belə..

Mətləb Salahov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ