Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Son 30 ildə zəngin dövlətçilik tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır" - Vüqar Rəhimzadə

Image


Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan şəxsiyyətlərdən söhbət düşəndə ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir. Dahi liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin, torpaq, Vətən, xalq sevgisindən irəli gələn addımlarının miqyası o qədər böyükdür ki, bu nəhəng işləri zamana sığışdırmaq belə  mümkünsüzdür.

Məhz bu baxımdan Ümummilli Liderin  siyasi portretini təqdim edərkən “Zamana sığmayan şəxsiyyət” ifadəsini  əminliklə söyləyir və Heydər Əliyev yolunun bundan sonra da müasir müstəqil, qalib Azərbaycana daha möhtəşəm uğurlar qazandıracağını əminliklə bildiririk. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının hər bir sınaqdan uğurla çıxmasını şərtləndirən əsas amillərdən biri onun keçmişini unutmayaraq bu günü ilə qürur duyması və gələcəyə böyük inamla addımlamasıdır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı faciələr, təhlükələr tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir.

Amma diqqət çəkən məqam budur ki, xalq bütün çətinliklərə, təhlükələrə baxmayaraq sabaha ümidini itirmədi. Xalqda belə bir əminlik var idi ki, daim çətin anlarda xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev yenə də onları  tək qoymayacaq, tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizin itirilməsinə laqeyd qalmayaraq,    öz zəngin idarəçilik təcrübəsindən istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxaracaq. Elə də oldu. 1993-cü ilin may-iyun aylarında  ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı təkidlə Ulu Öndər  Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi Ümummilli Lideri  Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi ilə 9 iyun tarixində Bakıya gələn Ümummilli Lider Heydər Əliyev iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin Sədri  seçildi. 24 iyun 1993-cü il tarixində isə Milli Məclisin iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin  Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək, yəni prezident seçkilərinə qədər   Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanın parlamentarizm ənənələri daha da təkmilləşdirildi, qanunverici orqana yeni bir nəfəs gəldi. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini diqqət mərkəzində saxlayaraq bu  istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, proseslərin sonrakı  inkişafı bir daha göstərdi ki,  Ümummilli Lider Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı illərdə daim xalqına arxalanaraq  və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə  söykənərək təkmil  qətiyyətli idarəçilik sistemini yaratdı. Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi və sarsılmazlığı təmin edildi, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün mühüm addımlar atıldı.  Ölkədə demokratik dövlət quruculuğu,  siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsipləri bərqərar edildi. Son nəticədə dahi şəxsiyyət Heydər Əliyev adını  xalqımızın  dövlətçilik tarixinə  müasir müstəqil, demokratik Azərbaycan dövlətinin banisi kimi həkk etdi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev yolunun aydın mənzərəsini təqdim edir. Azərbaycanın ötən hər gününü tarixinə uğur səhifəsi kimi yazması məhz möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir. Bu gün ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının çoxalması, enerji sektorunda ölkəmizlə əməkdaşlığın qurulmasına və bu prosesin çoğrafiyasının genişləndirilməsinə marağın daha da artmasının fonunda yeni layihələrin gündəmə gətirilməsi Heydər Əliyevin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsidir. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi  bugünümüzə hesablanmış mühüm addımlar sırasındadır. Artıq Azərbaycanla ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri də gündəmdədir. Dövlət başçısı İlham Əliyev  tarixi Zəfərimizdən sonra keçirdiyi bütün görüşlərdə Azərbaycanın enerji uğurlarından bəhs edərkən diqqəti işğaldan azad edilmiş ərazilərimizin malik olduğu  bərpa olunan enerji resurslarına yönəldir. Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanması ilə əldə etdiyi uğurların miqyasını genişləndirməklə 2017-ci ildə etibarlı tərəfdaş olaraq mövqeyinin möhkəmlənməsinin göstəricisi kimi dünyanın nəhəng neft şirkətləri ilə   “Yeni əsrin müqaviləsi”ni imzaladı. Bu gün Heydər Əliyevin  neft strategiyasının uğurlu icrası nəticəsində reallığa çevrilən layihələr dünyanın enerji xəritəsinin yenidən tərtibində əhəmiyyətli rol oynayır.

Vüqar Rəhimzadə iqtisadi inkişafın davamlılığı fonunda Azərbaycanın digər sahələrdə qazandığı uğurlardan da geniş bəhs edib. Bildirib ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması üçün bütün zəruri işlər görüldü.  Azərbaycanın öz missiyasını layiqincə yerinə yetirməyə qadir ordusu formalaşdı. Yaradılan möhkəm təməl bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını şərtləndirdi. Ən əsası 30 il davam edən işğala 44 gündə son qoyan Azərbaycan Silahlı Qüvvələri belə bir reallığı təsdiqlədi ki, müharibə şəraitində yaşayan ölkənin güclü, qüdrətli ordusunun olması vacibdir.

Ümummilli Liderin çağırışlarında belə bir məqam xüsusi qeyd edilirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü ordun olmalıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışının ilk günündən qarşıya qoyduğu əsas hədəflərdən biri də Qarabağ münaqişəsinin həlli üçün möhkəm  hüquqi bazanın yaradılması idi. Qısa müddətdə  ölkəmizin ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsinə nail olundu. Eyni zamanda, Azərbaycanın ayrı-ayrı nüfuzlu dövlətlərlə ikitərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha da möhkəmləndirildi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapdı. Bütün bunlar  banisi Ulu Öndər olan müasir müstəqil dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızla görüşlərində bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz bərpa olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Ulu Öndər Heydər Əliyevin  2003-cü ildə xalqa tarixi müraciətində də bu inam öz əksini tapmışdı ki,  mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

 YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Prezident İlham Əliyevin müdrik  rəhbərliyi ilə ölkəmizdə yeni inkişaf strategiyası həyata keçirilir. Dövlətimizin başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişafını təmin edib. Azərbaycanın iqtisadi müstəqilliyi gücləndikcə siyasi mövqeyi də möhkəmlənir. Ordu quruculuğu sahəsində də mühüm addımlar atılıb və bu proses hazırda uğurla davam etdirilir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu uğurların, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Xalq-Prezident-Ordu birliyinin təqdimatı oldu. Xalqımız dövlətimizin başçısının hər bir vədinin real həyatda şahidi olur. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunması hər birimizi qürurlandırır, sabaha daha böyük inamla addımlamağa stimul verir. Ali Baş Komandan İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı.

Xalqımız daim bu əminliyi də ifadə edir ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur dirçələcək, Böyük Qayıdış proqramı uğurla başa çatacaq,  soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaqlar. Hər yeni dövr ölkəmizin həyatında böyük uğurlarla xarakterizə edilir. Son 30 ildə dövlətçilik tariximizə yazılan uğur səhifələri Heydər Əliyev siyasətinin təqdimatıdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ