Vladimir Putin hakimiyyəti Fransa Prezidenti Emmanuel Makrona qarşı sərt üzünü göstərməyə başlayıb. Xüsusilə Fransa liderinin Afrika ölkələrinə dürtülmə cəhdləri rəsmi Moskvanı qəzəbləndirib. Rusiya Xarici İşlər Nazirliyi açıq şəkildə bəyan edib ki, E. Makronun BRİKS sammitində qonaq qismində iştirakı yersizdir “Moskva Fransa prezidenti Emmanuel Makronu Cənubi Afrikadakı BRİKS sammitində yersiz qonaq hesab edir”- cümə axşamı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Aydındır ki, bizim üçün belə düşmən və qəbuledilməz siyasət yürüdən bir dövlətin lideri Rusiyanın beynəlxalq miqyasda fəal şəkildə təcrid olunmasına ehtiyac olduğunu o qədər vurğulayır və əmindir, sözdə strateji məğlubiyyətin ümumNATO xəttini bölüşür. Bizim üzərimizə belə bir lider BRİKS-in qonağı kimi yersizdir”, o, Soçidə jurnalistlərə deyib. "Biz bu yanaşmamızı gizlətmirik, Cənubi Afrikadan olan həmkarlarımıza da bu barədə məlumat vermişik və ümid edirik ki, bizim nöqteyi-nəzərimiz tam nəzərə alınacaq", - nazir müavini vurğulayıb.
Xatırladaq ki, Fransa Xarici İşlər Naziri Makronun BRICS ilə dialoqda maraqlı olduğunu təsdiqləyib.
Mətləb Salahov