Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan Zəngəzur dəhlizi məsələsində təklənir…

Image


Məlum olduğu kimi, yaxın tezlikdə Azərbaycan-İran-Rusiya hökumət rəsmilərinin üçtərəfli görüşü keçiriləcək. Artıq görüşün müzakirə mövzuları da açıqlanıb. Üç ölkə əsas etibarı ilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcək.

 İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bu xüsusda bildirib: “İran-Azərbaycan-Rusiya arasında keçiriləcək üçtərəfli görüşdə tranzit və gömrük məsələləri, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi marşrutlarının şaxələndirilməsi, eləcə də İranın nəqliyyat naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin görüşundə dəmir yolu terminalı, yeni sərhəd körpüsü layihələrinin son vəziyyəti nəzərdən keçiriləcək”. Bildirilir ki, “Şimal-Cənub” dəhlizi yaxın vaxtlarda İran, Azərbaycan və Rusiyanın dəmir yolu şəbəkələrini birləşdirəcək. Məlumata görə, görüşdə Zəngəzur dəhlizi də əsas diqqət mərkəzində yer alacaq. Hazırda bu məsələyə qarşı İran və Ermənistan çıxır. Lakin Moskva və Bakının Tehranı bu məsələ ilə bağlı razı salacağı da istisna olunmur. Elə Ermənistanı da qorxudan budur. Xüsusən də Kremlin İrana bu xüsusda təzyiqlərinin artması proqnozlaşdırılır. Moskvanın bu addımı iki hədəfə hesablanıb. Birincisi, Zəngəzur dəhlizinə qarşı çıxan Tehrana razılaşmanı pozmağa imkan verməyəcəyidir. Ermənistan-İran sərhədində rus sərhədçilərin “İrandan gələn təhlükələrə” görə postlar qurması da bu mesajın verilməsinə hesablanıb. İkincisi, sərhədçilərini dəhlizin keçəcəyi istiqamətdə yerləşdirməklə nəzarəti gücləndirir: 10 noyabr razılaşmasının 9-cu bəndinə görə, Ermənistan Azərbaycana Naxçıvanla “maneəsiz keçid” verməli, həmin yolun təhlükəsizliyini Rusiya hərbçiləri təmin etməlidir. Hazırda Zəngəzurdan yolun “dəhliz məntiqi” ilə açılmasını üç ölkə - Azərbaycan, Türkiyə və Rusiya xüsusilə istəyir: Moskva üçün bu, təkcə kommunikasiyanın açılması yox, həm də bölgədə təsir imkanını saxlamaq baxımından əhəmiyyətlidir. Bu şəraitdə  “dəhliz məntiqi”nin olmaması ruslar üçün vasitəçilik etdikləri razılaşmaların icra edilməməsi, marağında olduqları kommunikasiyaların açılmaması deməkdir. Bununla Kreml razılaşa bilməz. Hazırda baş verənlər, Ermənistan ərazisində İranla sərhəddə postların qurulması Rusiyanın Zəngəzur dəhlizinin razılaşmaya uyğun açılmasını təmin etməkdə israrlı olduğunu göstərir.

Bir daha xatırladaq ki, rus sərhədçilərin Mehri-Əkərək yolunda nəzarəti gücləndirməsi və bir neçə modul buraxılış məntəqəsi quraşdırması Ermənistan-İran sərhədində əməliyyat şəraitinin gərginliyi, terrorçu qruplaşmaların ölkəyə daxil olma risqlərinin artması ilə izah olunub. Rusiya sərhədçilərinin xidmətinin intensivləşdirilməsi iyulun 25-də ABŞ dövlət katibi Blinkenin Bakı və İrəvana zəngindən və Vaşinqtonun regional kommunikasiyaların açılmasına kömək təklifindən sonra baş verir. ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bildirib ki, söhbət texniki yardımdan gedir. Ancaq bu yardımın konkret nə olduğu məlum deyil. Eyni zamanda bu mövzu iyulun 2-də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayamasından sonra ilk dəfə baş tutan Blinken-Lavrov telefon danışığından sonra gündəmə gəlib. Hesab edilir ki, burada Tehranın Zəngəzur dəhlizinə yaratdığı maneənin aradan qaldırılması, Rusiya ilə yanaşı, ABŞ-ın da marağına cavab verir. Ermənistanın “Qraparak” nəşri yazır ki, baş verənlər  İrəvanın Zəngəzur məsələsində tək qaldığını göstərir: “Həm İran tərəfi, həm də biz (ancaq indiki hakimiyyət orqanlarımız deyil) bilirik ki, dəyişiklik sərhədlərin və ya ərazilərin dəyişdirilməsi kimi başa düşülməli deyil, daha çox bu, sərhədləri birləşdirən dəhlizə nəzarət məsələsidir. Sadə sözlə desək, İranın siyasi konseptual əhəmiyyətinin məqsədi ondan ibarətdir ki, bu dəhliz keçmişdə olduğu kimi erməni qüvvələri tərəfindən idarə olunmalıdır. Yəni Türkiyə-Azərbaycan birləşmələrinin maneəsiz hərəkətinə imkan verilməməlidir. Amma İrana təzyiqlər var və istisna deyil ki, Tehran mövqeyini dəyişsin. Düşünməyin ki, dəhlizin statusu Ermənistan hakimiyyətini heç maraqlandırmır. Siyasi şüurdan tamamilə məhrum olan bu axmaq rəhbərlər və onların tərəfdarları bu məsələdən yəqin ki, qətiyyən narahat deyillər və başa düşmürlər ki, razılaşmanın bu bəndini həyata keçirməklə Ermənistanla İran arasındakı dostluq münasibətlərini dərindən təhlükə altına atacaqlar. Bu da Tehranı dəhlizə razılıq verməyə daha çox həvəsləndirir. Çünki ruslar da bunu istəyir. İndiki halda Rusiya guya Ermənistan-İran sərhədində bazaları Ermənistanın təhlükəsizliyi üçün yaradır. Reallıqda Rusiya, Sergey Lavrovun fikrincə, “sadələşdirilmiş rejim”lə Türkiyə ilə dəhlizlər açmağa hazırlaşır, bu da Ermənistan-İran sərhədinin bağlanmasını nəzərdə tutur. Rusiya Ermənistanı kimdən “qorumaq” istəyir? İrandan? İndi İran nüvə proqramı üzrə danışıqların növbəti mərhələsinə başlayıb. Avropa koordinatoru artıq saziş layihəsini dövriyyəyə buraxıb və etirazlar olmasa, nüvə sazişi bərpa olunacaq. Bu, regionda çox şeyi dəyişəcək və Rusiya ilə Türkiyə buna açıq şəkildə hazırlaşır. Eyni zamanda, Rusiya mətbuatında Rusiyanın İrandan Azərbaycana dəmir yolunun Rəşt-Astara hissəsinin çəkilməsində həyati dərəcədə maraqlı olması ilə bağlı analitik yazılar dərc olunur. Rusiya modullarının bütün Ermənistan-İran sərhədi boyunca, eləcə də yollarda yerləşdirilməsi ərazini dəhlizlərə bölmək, eləcə də Ermənistan və Gürcüstan vasitəsilə İrandan Avropaya əlaqəni kəsmək məqsədi daşıyır. Burada əsas hədəf İran və Ermənistanın Avropa istiqamətinə çıxış imkanlarının qarşısını almaq, beləliklə onları öz nəzarəti altında saxlamaqdır”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ