Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilər məşhur Aşıq Qəribi də Sarkis adlanan “qondarma müqəddəslə” bağladılar

Image


Azərbaycan aşıq ədəbiyyatında, xüsusən də dastan yaradıcılığında özünəməxsus yer tutan “Aşıq Qərib” dastanı əsrlərdir aşıqların repertuarında ölməz məhəbbət dastanı olaraq öz varlığını qoruyur. Dünya türkoloqları, şərqşünasları, ozan-aşıq sənətini araşdıran bütün alimlər “Aşıq Qərib”in oğuz-türk mənşəli bir epos olduğunu qeyd edirlər.

Nəinki Qafqazda, hətta bütün Türk dünyasında, eləcə də Rusiyada, İranda populyar olan “Aşıq Qərib” dastanına qarşı ermənilər uzun illərdir iddialıdırlar. Dastanın “erməniləşdirilməsi” istiqamətində müxtəlif səviyyələrdə işlər görən ermənilər bu dastanı “erməni məhəbbət dastanı” kimi qələmə vermək üçün bütün saxtakarlıqlara əl atırlar. Məsələ burasındadır ki, “Aşıq Qərib”in ermənilərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Amma ermənilər “Aşıq Qərib”i tam olaraq “erməniləşdirmək” iddiası ilə tamamilə yeni bir üsul seçiblər. İndi də “Aşıq Qərib” dastanına “müqəddəs Sarkis”i peyvənd etməklə məşğul olan ermənilər yazırlar ki, Aşıq Qəribə “müqəddəs Sarkis” buta verib və ağ libasda, ağ at belində Aşıq Qəribin qarşısında peyda olaraq onu 40 günlük yoldan bir neçə saata Tiflisə çatdırıb. Guya ki, “müqəddəs Sarkis”in həm də aşiqləri öz məşuquna qovuşdurmaq “gücü” olub. Hər yerə yamaq etməkdən yorulmayıb, indi də onu Aşıq Qəribin “xilaskarı” kimi qələmə verməkdən çəkinmirlər. Əlbəttə, bu, quru iddiadan başqa bir şey deyil. Bundan bəhs edən məqalədə bildirilir ki, Aşıq Qərib qürbətdə var-dövlət qazandıqdan sonra Tiflisə gəlmək istəyir, o, yolda bir sıra çətinliklələ rastlaşır, guya ki, “müqəddəs Sarkis” ağ libas geyib ağ at belində Aşıq Qəribin duasını eşidib, onun köməyinə gəlir, onu Şahsənəmə çatdırır (?). Şübhəsiz, bu, erməni uydurmasıdır. 

  • Elxan Məmmədli: “...Sarkis obrazının bu dastanla heç bir əlaqəsi yoxdur”

Azərbaycan Milli Elmlər Akademiyasının Folklorşünaslıq İnstitutunun şöbə müdiri, məşhur aşıqşünas-alim, filologiya elmləri doktoru Elxan Məmmədli bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, “müqəddəs Sarkis”in özü ermənilər tərəfindən uydurulan saxta bir personajdır.

“Aşıq Qərib” dastanına qarşı ermənilərin uzun illərdir iddia irəli sürdüklərini qeyd edən E.Məmmədlinin sözlərinə görə, hətta gürcülər də bu dastanı mənimsəmək istəyirlər: “Aşıq Qərib bir türk oğludur. O əslən Cənubi Azərbaycandandır və ağası Şahsənəmi ona buta verib, o öz butasına qovuşmaq üçün Tiflis şəhərinə gəlir. Bundan sonra dastandakı hadisələr cərəyan edir. “Müqəddəs Sarkis”in obrazının bu dastanda peyda olmasının özü gülüncdür. Ümumiyyətlə, buta vermək anlayışı türk-oğuz dastanlarına xas göstəricidir. Buta anlayışının bizim dastanlarla ciddi əlaqəsi var. “Aşıq Qərib” dastanının ermənilərə heç bir aidiyyəti yoxdur. Aşıq Qəribə Şahsənəmi Xızır Peyğəmbər buta verib. Aşıq Qəribi Hələbdən Tiflisə olan 40 günlük yoldan bir göz qırpımında Tiflisə gətirən ağ libaslı, ağ atlı ilahi müqəddəs “müqəddəs Sarkis” yox, aşiqləri məşuquna qovuşduran, onların bütün sınaqlardan üzüağ çıxmasına kömək edən Xızır Peyğəmbərdir. Aşıq Qəribi Şahsənəmə onları bir-birinə buta verən Xızır Peyğəmbər qovuşdurub, Sarkis obrazının bu dastanla heç bir əlaqəsi yoxdur. Onun adı dastanlardan müxtəlif variantlarda keçir. Bəzən onu Xızır, bəzən Qırxlar piri adlandırırıq. Hətta Həzrət Əlinin də aşiqlərə buta verdiyi haqqında dastanlarımızda işarələr var. Ermənilər torpaqlarımızı mənimsədilər, indi də dastanlarımızı mənimsəmək istəyirlər, bunun qarşısı alınmalıdır”.        

  • İlhamə Qəsəbova: “Butalanmış qəhrəmanlara dara düşərkən kömək edən qüvvələr - Xızır, Həzrət Cəbrayıl, Qırxlar və başqaları islam düşüncəsi ilə bağlı fövqəlbəşər qüvvələrdir, “müqəddəs Sarkis” yox”

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, aşıqşünas İlhamə Qəsəbova da hesab edir ki, “Aşıq Qərib” dastanını ermənilər 100 ildən çoxdur mənimsəmək istəyirlər. Buna səbəb dastanın bütün Qafqazda, o cümlədən də digər yerlərdə populyar olmasıdır.    

“İndiyə qədər bir sıra dastanlarımıza, nağıl və əfsanələrimizə qarşı kifayət qədər erməni təxribatı mövcud olub, bu gün bu proses ermənilər tərəfindən davam etdirilir. Ermənilərin “Aşıq Qərib” dastanına iddia etmələri yeni məsələ deyil. Hələ bir neçə il əvvəl ermənilərin “Aşıq Qərib” dastanı üzərində “işləməsi” haqqında məlumatlar almışdıq. Onlar Qafqazda məşhur olan və bütün aşıqların söyləmiş olduqları “Aşıq Qərib” dastanında obrazların erməni adları ilə əvəzlənməsini həyata keçiriblər. Eyni zamanda da dastanı kifayət qədər təhrifə uğradıblar. Ermənilərin bunu etməkdə məqsədləri “Aşıq Qərib” dastanını, eyni zamanda da dastanın süjeti və onun nəğmə mətnləri əsasında çəkdikləri eyniadlı filmi UNESCO-nun qorunan Qeyri-maddi mədəni irs siyahısına daxil etməkdir. Hətta bununla bağlı təqdimat da hazırlamışdılar. Heç bir mütəxəssisə gizlin deyil ki, “Aşıq Qərib” Azərbaycan xalqının böyük məhəbbət dastanıdır. Ermənilərin “Aşıq Qərib” dastanını saxtalaşdırma yolu ilə “erməniləşdirmək” cəhdləri tarixi həqiqətlərin təhrif edilməsidir. Bu möhtəşəm dastanı saxtalaşdırmaq yolu ilə onu dünya xalqlarına erməni mədəni dəyəri kimi təqdim etmək onların ən böyük arzusu olsa da, bu, UNESCO-nun nizamnamə tələblərinə ziddir. Xalqımızın çoxəsrlik aşıq yaradıcılığında neçə yüz ildən bəri özünə şərəfli yer tutan, dastançı aşıqların repertuarından düşməyən, ustad sənətkarlar tərəfindən zaman-zaman yeni-yeni variantlarda çalınıb-çağrılan böyük məhəbbət dastanlarından biri də “Aşıq Qərib”dir. Türk xalqlarının məhəbbət dastanları silsiləsində "Aşıq Qərib"in xüsusi yeri var. Elm aləminə dastanın iki - Azərbaycan-Anadolu və Türküstan versiyaları məlumdur. Birinci versiya Azərbaycan və Anadoluda (Türkiyə) yaranıb yayılan otuz variantı əhatə edərək Azərbaycan variantı ətrafında versiyalaşır. Türküstan versiyası isə türkmən variantı əsasında yaranaraq yeddi variantı əhatə edir. "Aşıq Qərib"in aşıq repertuarında dinlənilməsi barədə məlumat XIX əsrin 20-ci illərinə təsadüf edir. Mənbələrdə verilən bilgilərə görə, dastan ilk dəfə 1813-cü ildə Aşıq Nüsrəddin adlı peşəkar bir sənətkar tərəfindən Gülüstan kəndində rus və İran diplomatları tərəfindən Azərbaycanın iki yerə parçalanması barədə tarixi faciəvi sazişin imzalanması şərəfinə təşkil edilmiş ziyafət məclisində "Qəriblə Şahsənəmin hekayəti" adı ilə söylənib. Bu variantın rus və Azərbaycan mətbuatında nəşri barədə əldə məlumat yoxdur. Ancaq Çar Rusiyası tərəfindən sazişin imzalanma mərasimində iştirak edən hərbi müşavir A.Lazeryev 1825-ci ildə nəşr edilən məşhur rus ədəbi məcmuələrinin birində yazırdı: "Gülüstanda imzalanmış sazişə həsr olunan, İran diplomatları tərəfindən təşkil edilmiş məclisdə Nüsrəddin adlı bir dağlı sənətkarın öz balalaykasında (sazında – İ.Q.) çalıb-çağırdığı "Qəriblə Şahsənəmin hekayəti" adlı bir rəvayət bütün məclisdəkiləri heyran etdi. Ürəyimdən belə bir istək keçdi ki, kaş çarizmin Qafqaza islaha göndərdiyi rus yaradıcılarından biri imperiyanı sarsıtmağa çağıran ideyalardan əl çəkib, belə təsirli rəvayətləri qələmə alıb bizlərin ruhunu oxşayaydı”.

Bu rəvayət barədə A.Lazeryevin təfərrüatlı məlumatın həmin dövrlərdə Qafqazda sürgün həyatı yaşayan rus şairi M.Y.Lermontova da məlum olması və onun həmin məlumatın izi ilə "Aşıq Qərib"i söyləyən aşıqlardan birinə rast olub hekayəti dinləməsi və bu süjet əsasında özünün eyni adlı məşhur poemasını yazma ehtimalı bizcə, həqiqətə daha yaxın görünür. Bunu təsdiqləməyə əsas verən başqa bir fakt isə poema ilə aşıq söyləmələri arasındakı süjet yaxınlığı, mövzu və məzmun oxşarlığıdır. Süjetin sonrakı illərdə başqa bir variantı isə yenə Azərbaycan aşıqlarından M.Mahmudbəyov tərəfindən yazıya alınaraq, 1882-ci ildə SMOMPK - "Qafqaz əraziləri və xalqlarının təsviri üçün materiallar toplusu"nda nəşr edilib. Bundan sonra isə 1916-cı ildən başlayaraq “Orucov qardaşları” mətbəəsi tərəfindən litoqrafiya üsulu ilə dastan Azərbaycan və türk dillərində bir neçə dəfə nəşr edilərək yayılıb. Həmin nəşrlər içərisində öz məzmun dolğunluğu və sənətkarlıq baxımından kamilliyi ilə seçilən Gəncə variantı Azərbaycan və Anadoluda geniş şöhrət tapıb. Təsadüfi deyil ki, həmin variant əsasında Anadolu aşıqları onun Anadolu variantını formalaşdırmışlar. 1930-cu illərdən başlayaraq Azərbaycanda dastanın müxtəlif aşıqlardan yazıya alınmış daha bir neçə variantı Ə.Tahirov, Ə.Axundov və başqaları tərəfindən çap edilərək araşdırmalara cəlb olunub.

Süjetin Türküstan versiyası nisbətən sonralar Azərbaycan aşıqlarının repertuarından süzülüb gələn məzmun çevrəsində formalaşıb. Bu versiyada məlum süjet əsasən qorunub saxlanıb, türkmən xalqının milli həyat, məişət, adət-ənənə detalları ilə yanaşı, türkmən toponimləri və şəxs adları ilə zənginləşdirilib, peşəkar ifaçıların sənətkarlıq üslubları ilə cilalanıb”.

İ.Qəsəbova hesab edir ki, hazırda dastanın Azərbaycanda 10, Anadoluda 7, türkmənlərdə 5 variantı qeydə alınıb.

Alim qeyd etdi ki, görkəmli türk folklorşünası professor Fikrət Türkmən isə dastan süjetinin coğrafiyasını Şərq və Qərb kontekstində götürərək, onun bütün məlum variantlarını təhlilə cəlb edərək, süjetin yarandığı bütün qaynaqları, nağıl variantı mətnlərini, eləcə də Misir, Azərbaycan və Türkiyədən kənarda yaranan və yayılan variantlarını maraqlı müqayisələrə cəlb edərək süjetin genezisini Azərbaycan həyatı ilə bağlayır, hətta Misirdə nəşr edilmiş "Aşıq Qərib"in Azərbaycan mənşəliyi mülahizələrini irəli sürür, tədqiqatında dəfələrlə onun erməni, yaxud hansısa başqa bir xristian xalqının folklor yaradıcılığında mövcud olmadığını xüsusi vurğulayır. Professor Fikrət Türkmən hekayətdəki "Nişanlının öz toyuna gəlib çıxması"nın türk eposundakı Bamsı Beyrəklə süjetdən deyil, daha mühüm bir qaynaqdan süzülüb gəldiyinə işarə vurur. Təbii ki, bu qaynaq türk xalqları üçün ənənəvi süjet cəbbəxanasını formalaşdıran tarixi gen qaynağıdır ki, o, qardaş xalqların folklor yaradıcılığında silsilə oxşarlıqların ana qaynağı kimi hələ yeni-yeni tədqiqat obyektinə çevrilməkdədir. İ.Qəsəbova qeyd etdi ki, "Aşıq Qərib" milli dastan yaradıcılığının ən erkən süjetlərini əhatə etdiyi kimi, xalqımızın erkən orta əsr məişət həyatını və yaşam tərzini, adət-ənənələrini, sosial durumunu, cəmiyyətdaxili iddiyyətlərini geniş şəkildə özündə ehtiva edən qeyri-maddi mədəni dəyərlərimizin böyük şifahi abidəsidir. “Ermənilərin “Aşıq Qərib” dastanına “müqəddəs Sarkis”in obrazını daxil etməsi böyük tarixi saxtakarlıqdır. Buta vermək, eləcə də ilahi müqəddəslərin aşiq-məşuqların köməkçisinə, yardımçısına çevrilməsi ənənəsi islam görüşləri ilə bağlı olub. Aşiq və məşuqun yuxuda bir-birinə buta verməsi, belə demək olarsa, bir-birinin qismətinə yazılması bir-birindən xəbərsiz olaraq ilahi varlıq tərəfindən bəxş edilən nikah aktı, ilahi vergisi ilə bağlıdır. Bu akt bütün variantlarda və məzmunda, müxtəlif zaman və məkan daxilində mütləq və pozulmazdır. Azərbaycan dastan yaradıcılığının bu tipli bütün süjetlərində aşiq və məşuqlar bir çox çətinliklə üzləşsələr də, ya fiziki, ya da mənəvi cəhətdən bir-birinə qovuşma hökmü altındadır. Bu, xalqımızın heç bir yaxın və uzaq qonşusuna ötürmədiyi dastan yaradıcılığı metodu və ənənəsidir.

Digər tərəfdən, bu tipli süjetlərdə butalanmış qəhrəmanlara dara düşərkən kömək edən qüvvələr - Xızır, Həzrət Cəbrayıl, Qırxlar və başqaları islam düşüncəsi ilə bağlı fövqəlbəşər qüvvələrdir, “müqəddəs Sarkis” yox, onlar ancaq müsəlmanlığa məxsusdur, onları sehirli dərvişlər və mifoloji ünsürlərlə eyniləşdirmək, təbii ki, olmaz. Çünki bütün bunların dastanın özünəməxsus sabit modelinin ümumi süjet xətti ilə möhkəm vəhdəti mövcuddur. Onları saxtalaşdırıb dəyişdirəndə, özününküləşdirəndə anlaşılmazlıqlar, təhriflər meydana çıxır ki, onlar da yol verilmiş saxtakarlıqların bütün görünən bucaqlarını əks etdirir. Yeni mərhələdə "Aşıq Qərib"i saxtalaşdıran erməni ssenarist və rejissorları, o cümlədən də Paracanov təəssüf ki, özlərinə məxsus tarixi saxtakarlıq ənənələrindən uzaqlaşmayıb, onları daha da dərinləşdiriblər. Təqdim edilən üzdəniraq süjetin mətni ilə "Aşıq Qərib"in mükəmməl dastan mətninin müqayisəsi təşriflər və saxtakarlıqlar silsiləsini aydın əks etdirir”.

Alim qeyd etdi ki, "Aşıq Qərib" dastanında əhvalat sadə bir süjet üzərində qurulub və bu süjet də dastandan xəbəri olan hər kəsə məlumdur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ