Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 2-də saat 11 radələrində metronun “Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı