Cümə günü, 16 oktyabr 2026
     

Bankların yanlış kursunun daha bir ziyanı - əmanətçilərin pulları iqtisadiyyatdan uzaq salınır…

Image


Ölkənin maliyyə və bank sektorunda baş verənlər milli valyutaya inamın artan xətt üzrə inkişaf etdiyini göstərir. Bu hal banklara manatla qoyulan əmanətlərin həcminin artımında da özünü qabarıq büruzə verir. Ötən ayın əvvəlinə olan məlumata görə, ölkə əhalisinin banklardakı əmanətlərinin həcmi 8 milyard  605,3 milyon manat təşkil edib. Əhalinin banklardakı əmanətləri son bir ayda 43,5 milyon  manat və ya 0,5% artıb. Cari ilin əvvəlinə nisbətən bu göstərici 229,9 milyon  manat və ya 2,7%, son bir ildə isə 406,2 milyon  manat və ya 4,9% artıb.

Bu rəqəmlərdən də görünür ki, banklarda əhali əmanətləri artmaqda davam edir və onların maliyyə vəsaitlərinin əsas hissəsi də məhz əmanətlərdən formalaşır. Hesablamalar da göstərir ki, əmanətlərin 56 faizi xarici, 44 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 2,69 faiz artıb, xarici valyutada əmanətlər isə 5,1 faiz azalıb. Təhlillər göstərir ki, son 4 ildə xarici valyutada qoyulan əmanətlərin miqdarında əhəmiyyətli dərəcədə azalma var. Xatırladaq ki, 2015-ci ildəki məlum iki devalvasiya ilə vətəndaşlar əmanətlərin nisbətində ciddi dəyişikliklər etmişdi. Belə ki, 2014-cü ilin sonunda vətəndaşların əmanətlərinin 61 faizi manat, qalan 39 faizi isə digər valyutalarda, əsas etibarı ilə də dollarda saxlanırdı. Amma devalvasiyalardan sonra nisbət ABŞ dollarının xeyrinə dəyişməyə başladı. Hətta 2015-ci ilin sonunda depozitlərin 85 faizinin dollarda olduğu üzə çıxdı. Amma artıq son 4 ildə dollarda olan əmanətlərin miqdarı 29 faiz azalıb. Ekspertlər, banklar düzgün siyasət yürüdəcəyi təqdirdə, manat əmanətlərinin miqdarının daha sürətlə artacağını proqnozlaşdırır. Manat depozitlərinin dollarda analoqlarına nisbətdə sürətli artıımı bank sistemi üçün müsbət xarakter daşıyır, dedollarlaşma prosesi gedir. Manat əmanətlərinin fiziki şəxslər üçün cəlbediciliyi onunla izah olunur ki, 2019-cu il noyabrın 1-i üçün banklar tərəfindən milli valyutada verilən dividendlər illik 9,57% orta dərəcə ilə həyata keçirilir, xarici valyutada bu rəqəm cəmi 1,98%-dir. Son üç il ərzində dollarla manatın nisbəti dəyişmir və 1,7 manat səviyyəsindədir. Mütəxəssislər də uzun müddətdir ki, manatın öz möhkəmliyini qoruyub saxladığını qeyd edirlər. Buna artıq həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlar adaptasiya olunub. Məzənnənin uzun müddətdir sabit qalması milli valyutaya olan inamı daha da artırıb. Bu səbəbdən də əmanətlərin mili valyuta ilə qoyuluş həcmi də artır. Eyni zamanda qeyd etmək lazımdır ki, mövcud sığorta sistemi də əmanətlərin həcminə müsbət təsir etdi. Amma buna baxmayaraq, faktiki olaraq bu gün əhalinin əlində dövriyyədən kənarda qalan vəsaitlərin həcmi də kifayət qədər çoxdur. Halbuki, banklar düzgün siyasət yeritsələr, həmin manat kütləsi də iqtisadiyyata cəlb edilə bilər. Amma araşdırmalar göstərir ki, hazırda kommersiya banklarının əmanət portfeli ilə kredit portfeli arasında faizlər baxımından yenə kəskin fərq var. Bu barədə danışmazdan öncə qeyd edək ki, bankların vətəndaşlardan cəlb etdiyi əmanətlər ümumi kredit qoyuluşlarının 65 faizini təşkil edir. Bu isə o anlama gəlir ki, bankların təklif etdiyi hər 100 manatdan 65 manatı vətəndaşdan cəlb edilən vəsaitlərdir. Amma buna rəğmən, kredit faizləri ilə depozit faizləri arasında kəskin fərq var. Orta hesabla banklar manatla depozitlərə 7 faiz, xarici valyutada olan depozitlərə hətta 1 faizdən az dividend təklif edirlər. Halbuki,  kreditlər üzrə faiz dərəcələri tamamilə fərqlidir. Milli valyutada kreditlər üzrə faiz dərəcələri 30 faizədək yüksəlir. Xarici valyutada kredit faizləri 15 faiz ətrafında dəyişir. Belə şəraitdə, ekspertlərin fikrincə, əmanət faizləri ilə kredit faizləri arasındakı nisbətin yol verilən həddə qorunub saxlanmasına ehtiyac var. Çünki yuxarıda qeyd olunduğu kimi, əmanətlər bankların cəlb etdiyi vəsaitlərin içərisində xüsusi paya malikdir. Hesab olunur ki, bu şəraitdə banklar kredit faizlərini azaldıb, əmanət faizlərini artırsalar, vətəndaşların əlində olan vəsait, ilk növbədə də manat vəsaiti banklara və beləliklə iqtisadiyyata cəlb oluna bilər. Amma indiki vəziyyət bankların yenə də daha çox gəlir əldə etməyə çalışmasıdır. Yəni qısa müddətə daha çox gəlir əldə etmək prinsipi banklar üçün prioritet olaraq qalır. Bu özünü kredit strukturunda da göstərir. Belə ki, bu gün bankların təklif etdiyi kreditlərin 43 faizi istehlak kreditləridir. Özü də bu rəqəm artmaqda davam edir. Belə vəziyyət potensial əmanətçiləri də bank sektorundan uzaqlaşdırır. Yatırılan əmanətlər isə çox vaxt qısamüddətli olur. 2019-cu il noyabrın 1-i üçün fiziki şəxslərin bütün depozitlərinin 75%-nin qısamüddətli olmasını, ekspertlərin fikrincə, yalnız bununla izah etmək olar. Halbuki, 2014-cü ildə bu rəqəm 60% idi. Düzdür, ümumilikdə qeyd etmək olar ki, bank sektorunda vəziyyət sabitləşir və əhali öz əmanətlərini kredit müəssisələrinə qaytarır, amma bunu ehtiyatla, pulları qısamüddətli depozitlərdə saxlayaraq edir. Belə vəziyyət isə iqtisadiyyata hansısa ciddi fayda vermir. Nəticə etibarı ilə də iqtisadiyyata dəstək azalır. Bu baxımdan banklarda əmanətlərin həcminin artması çox əhəmiyyətlidir. Amma bunun üçün bankların faiz siyasətinə də düzəlişlər olunmaldıır. Əks təqdirdə banklar ölkə iqtisadiyyatında hələ də əhəmiyyətli rol oynaya bilməyəcək. Halbuki, banklara hərtərəfli şərait yaradan dövlətin onlardan gözləntisi tamam fərqlidir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ