Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Türkdilli Ölkələrin Media Birliyi: tarixi zərurətin doğurduğu reallıq Azərbaycanın Azadlıq savaşında Türkiyə izi...
Tarix: 27.10.2014 / 02:33
Bölmə: Gündəm
Bakını daha böyük qan gölünə çevrilməkdən xilas etmək üçün cinayətkar erməni planlarına xəncər kimi saplanaraq Azərbaycan torpaqlarında inamla addımlayan Nuru Paşa və əsgərləri, Şamaxıda uyuyan tək şəhid-məzar, Orta Asiyanın türk xalqlarının azadlığı yolunda canını fəda edən Tələt Paşa - daha kimlər və nələr on illər ötəndən sonra çoxlarına nağıl kimi görünən dünyəvi türk qardaşlığının və birliyinin ilk qaranquşları olduqlarını, kaş ki, biləydilər...
Bir zamanlar türk birliyinin ideoloji əsası olan "pantürkizm"in bir yandan nadancasına qamçılandığı, digər yandan ona alternativ kimi "panamerikanizm", "panavropa" kimi ideologiyaların ortaya atıldığı dönəmlərdə "panamerikanizm"in, "panavropa"çılığın iflasa uğrayacağını çox az adam görürdü, türk birliyinin və onun tərkib hissəsi olan türk media birliyinin gerçəyə çevrilməsi isə bizim gözlərimiz önündə irəliləyən prosesə çevrildi...
Qloballaşan dünyamızın qarşılaşdığı və qəbul etdiyi gerçəkliklərdən biri də ortaq dil, din və mənəvi dəyərlər daşıyıcısı olan xalqların və toplumların birləşməsi, qaynayıb-qarışması oldu. Bu isə bu günə kimi ən müxtəlif səbəblərdən istər soy-kökündən, istər milli-mənəvi dəyərlərindən, istərsə də mənşəcə özünə yaxın və qohum olan toplumlardan aralı düşmüş xalqların müstəqillik əldə etməsi nəticəsində mümkün oldu. Onların bir çoxu sovetlər birliyinin tərkibində yaşamağa məhkum olunmuş ölkələr idi və təbii ki. bu sırada Azərbaycan da vardı. Düz 70 il rusun bayramını bayramı, matəmini matəmi kimi yaşamağa vadar edilmiş, "Türkiyə", "türk" kəlmələrini pıçıltı ilə deməyə məhkum olmuş, dilə gətirdikdə isə dodağı yüz yerdən çat verən azərbaycanlılar hələ sovet işğalına məruz qalmazdan öncə bu böyük dövlətin, onun banisi və mənəvi ATAsı Mustafa Kamal Atatürkün etibarını görmüş, onun timsalında özünün arxa-dayağını, güvənc yerini tapmışdı. Nə yazıq ki. bəzən zamanın üzü daha sərt olur və bizim istəklərimizin qarşısına aşılmaz sədlər çəkilir. Lakin bütün bu illər ərzində Azərbaycan xalqı nə böyük Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" sözlərini unutdu, nə də apardığı azadlıq savaşında özünün misilsiz xidmətlərilə hərb tariximizə öz adını qızıl hərflərlə həkk etmiş qəhrəman Nuru Paşa və dəstəsinin Azərbaycanın daşnak tör-töküntülərindən təmizlənməsi, Bakının işğaldan azad olunması yolunda göstərdiyi qəhrəmanlıqları yaddan çıxardı. Sovetlər birliyinin ideoloqları hər nə qədər bu səhifələri Azərbaycan tarixindən silməyə, unutdurmağa çalışsalar da, qədirbilən Azərbaycan xalqı bu tarixi öz qan yaddaşında yaşadıb sələflərinə ötürməyi bacardı. Hətta qəhrəman Türk ordusunun bayrağını, bütün qorxulara rəğmən, 70 il öz evində gizlədən fədakar insanlar da tapıldı. Ötən il Türkiyənin xarici işlər naziri olan hazırkı başbakan Əhməd Davudoğlunun ağsaqqal Gəncə sakinini ziyarət edərək əmanət bayrağı ondan qəbul etməsi səhnəsi Türkiyə sevdalısı hər kəsi qəhərə boğdu. Demək ki, Türkiyə sevdası heç zaman bitməyib. Buna ən gözəl nümunə içimizdə bu gün də yaşayan, sabah da yaşayacaq Atatürk sevgisi, Türk dünyasının böyük oğluna qürur mənbəyimiz, Türkiyə dövlətinə güvənc yerimiz kimi baxmağımızdır. Elə 22 aylıq yaşamından sonra Rusiyanın təzyiqləri qarşısında duruş gətirə bilməyən AXC hökumətinin qurucularının , Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, dar gündə özlərinə vətən bildikləri Türkiyəyə üz tutmasının kökündə də məhz bu sevgi, bu güvənc dayanır. O üzdən qaçmağa məcbur edilmiş aydınlarımız bu ölkədə yaşayıb həyata vida etsələr də, özlərini qürbətdə hiss etmədilər, çünki onların çəkdiyi yurd həsrəti idi, vətən həsrəti deyildi...
Bizi birləşdirən dəyərlər
Müstəqilliyini qazandığı ilk günlərdən Azərbaycanın üz tutduğu ölkənin Türkiyə olması da elə bu reallıqlardan qaynaqlanırdı və təbii ki, Türkiyə dövləti də bunun fərqində idi. Elə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə Cumhuriyyəti olması deyilənlərə ən tutarlı sübutdur. Həmin dövrdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin işlətdiyi "bir millət, iki dövlət", sonralar İlham Əliyevin "bir millətin iki diasporu olmaz" fikirləri isə bu gün də dillərdən düşmür və iki ölkə arasında körpü rolunu oynamaqda davam edir. Məhz həmin dönəmdən bu iki ölkə arasında istər iqtisadi, istər ticari, istərsə də mədəni əlaqələr durmadan inkişaf etməyə, genişlənməyə başladı. Həmin illərdə gənc dövlət olan Azərbaycana xarici investisiya cəlbi yönündə ilk addım kimi Türkiyə ilə Azərbaycan arasında çəkilən Bakı - Ceyhan neft kəməri ilə həm də qarşılıqlı əlaqələrə körpü salınmış oldu. Bu zamandan ötən illər ərzində iki ölkə arasında istənilən sahədə əməkdaşlıq inkişaf etdirilərək ən yüksək həddə çatıb ki, bu sıraya medianı da aid etmək olar. Bu istiqamətdə isə istər bu ölkənin Azərbaycandakı Səfirliyinin, istərsə də Azərbaycanın Türkiyədəki Səfirliyinin xidmətləri danılmazdır. Bu diplomatik missiyaların xeyir-duası ilə jurnalistlərin və aparıcı media qurumlarının rəhbərlərinin Türkiyənin media holdinqlərinə və əksinə vaxtaşırı gerçəkləşən səfərləri, təcrübə mübadilələri dediklərimizə əyani sübutdur. Buna qədər isə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında ortaq türk dilinin yaradılması ideyası ətrafında xeyli müzakirələr açılıb və bu mövzu gündəmdəki aktuallığını qoruyur. Bizi birləşdirən dəyərlərin çoxluğu isə düşünməyə əsas verir ki, bu məsələdə də yaxın zamanlarda ciddi irəliləyişə nail olunacaq.
Media birliyi ideyasının yaranma məkanı - Bakı
Müstəqilliyin ilk illərində təməli qoyulan, illər ötdükcə davamlı xarakter alan bu qarşılıqlı səfərlərin nəticəsi olaraq 2009-cu ildə Bakıda keçirilən media konfransında ilk dəfə türkdilli ölkələrin media birliyinin yaranması ideyası səsləndirildi. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov həmin tarixi belə xatırlayır: "Media birliyi ideyası Bakıda - "Azərbaycan və Türkiyə mediası: bənzərliklər və fərqliliklər" mövzusunda keçirilmiş konfranslarda gündəmə gəlib. Bu toplantıların birincisi 2007-ci ildə, digəri isə iki il sonra baş tutmuşdu. Həmin tədbirlərdə Azərbaycan və Türkiyənin nüfuzlu media qurumlarının rəhbərləri arasında gedən diskussiyalarda məsələ ətrafında müxtəlif fikirlər səslənmişdi - ortaq qəzet, jurnal, daha sonra internet portal və nəhayət, təşkilat yaratmaq. Əlbəttə, sonuncu özündən əvvəlkiləri də komplektləşdirmək və dəyərləndirmək baxımından daha məqsəyönlüdür. Çünki mövcud istiqamətdə təşkilatlanmaq media müstəvisindəki başqa istək və arzuların da gerçəkləşməsinə kömək göstərə bilər. 2010-cu il dekabrın 21-22-də Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumu keçirildi və bununla da Azərbaycanda irəli sürülən ideyanın həyata vəsiqə alması istiqamətində ilk addım atılmış oldu. Forum, eyni zamanda, gələcək birliyin ali orqanı kimi özünü təsdiqlədi. Toplantıda qərara alındı ki, Türkdilli Ölkələrin və Toplumların Media Birliyi yaradılsın. Bununla əlaqədar işçi qrup formalaşdırıldı. Qrup ötən müddət ərzində gərgin fəaliyyət göstərdi. Əlavə yazışmalar, prosedur məsləhətləşmələr aparıldı. Nəhayət, Birliyin Nizamnaməsi hazırlandı və qəbul edildi."
Beləliklə, Türkdilli Ölkələrin Media Birliyi ideya çərçivəsindən çıxaraq reallığa çevrildi. Əslində bu Birliyin varlığı, Türkiyədən daha çox, Azərbaycan da daxil olmaqla, digər türkdilli ölkələrin maraq dairəsindədir. Bəllidir ki, Türkiyə mediası dünya media şəbəkəsinə çoxdan inteqrasiya etmiş, püxtələşmiş bir durumdadır. O üzdən Azərbaycan və digər türkdilli dövlətlərin media qurumlarının Türkiyənin media qurumları ətrafında birləşərək zaman-zaman toplantılarını keçirməsi, təcrübə mübadiləsi aparması yalnız bir məqsədi - ölkə media sistemini inkişaf etdirərək dünya mediası səviyyəsinə çatdırmağı hədəfləyir. Elə sözügedən Birliyin toplantılarının hər il ayrı-ayrı türk dövlətlərində gerçəkləşdirilməsinin də məhz bu zərurətdən doğduğu bəlli həqiqətdir.
İdeyadan reallığa...
Bu birliyin reallaşmasının isə həm də dünya informasiya məkanına əlçatanlığın təmin olunması baxımından əhəmiyyəti böyükdür. Belə ki, özəlliklə keçmiş sovet respublikaları olan türkdilli dövlətlər üçün dünya informasiya şəbəkəsinə birbaşa nüfuz etmək məsələsi o qədər də əlçatan deyildi. Yalnız Türkiyə media sisteminə inteqrasiya sözügedən dövlətlərin qarşısında bu istiqamətdə geniş imkanlar açırdı. O üzdən əminliklə demək olar ki, türkdilli ölkələrin media birliyinin yaradılması ideyası zamanında ortaya çıxan bir ideya idi və onun dəyərləndirilərək reallaşdırılması zamanın tələbi idi. Hazırda mərkəzi aparatı Ankarada yerləşən təşkilatın hər bir ölkədə, muxtar vilayətdə komitələri var ki, bu komitələr ölkələr arasında media qurumlarının əlaqələndirilməsi, ortaq qərarların çıxarılması işinə öz töhfəsini verməklə, həm də ölkələr arasında informasiya mübadiləsinin daha səmərəli aparılmasını təmin etməkdədir. Görülən birgə işlərin nəticəsidir ki, hazırda türkdilli ölkələrin ortaq musiqi kanalı olan TMB bizi türkdilli ölkələrin musiqi nümunələri ilə yaxından tanış edir, Azərbaycanın İctimai Televiziyası ilə Türkiyənin TRT-1 dövlət kanalı arasında uğurlu yayım əməkdaşlığı var, TRT AVAZ kanalı türkdilli ölkələrin mədəniyyətlərarası dialoqunun reallaşdırılmasına öz töhfəsini verməkdədir. Bundan başqa, Birlik özünün portalını da yaratmağı düşünür ki, bu da informasiya mübadiləsi və informasiyanın əlçatanlığı baxımından önəmli addımlardan sayılır. Türkdilli ölkələrin media birliyinin yaradılmasının daha bir önəmli cəhəti isə o oldu ki, bu zamana qədər bir-biri haqqında ya heç bir təsəvvürü olmayan, ya da yanlış təsəvvürə malik türkdilli xalqlar və toplumlar artıq əməkdaşlıq zəminində bir-birini daha yaxından tanıdı. Bu isə ölkələr arasında istənilən sferada əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini vermiş oldu.
Bu dəfə Yavru Vətəndə...
Türkdilli Ölkələrin Media Birliyinin "Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar" adlı II Forumu Bakıda gerçəkləşdirildi. İstər qoyulan mövzu, istərsə də hədəflənən məqsəd baxımından önəmli hadisə sayılan Bakı Forumunda da ortaq türk mediasının inkişafı və inteqrasiya yönümündə bir sıra önəmli qərarlar qəbul olundu və növbəti Forumun Qırğızıstanın paytaxtı Bişkekdə keçirilməsi qərarlaşdırıldı. Bu forumların hər dəfə fərqli ölkədə keçirilməsinin əsas maraqlı cəhəti odur ki, tədbirin təşkil olunmasında təkcə Birlik deyil, Forumun keçiriləcəyi dövlət də iştirak edir və təkliflərini verir.
Bu isə birgə fəaliyyətin daha səmərəli təşkilinə öz pozitiv təsirini göstərməkdədir. Bişkek Forumunun ardından növbəti, IV Forum isə gələn ay Kuzey Kıbrıs Türkiyə Cumhuriyyətində - Yavru Vətəndə öz işinə başlayacaq. Hər dəfə olduğu kimi, bu Forumdan da mediamızın ciddi gözləntiləri var və ümid edirik ki, Kıbrıs Forumu da həm Azərbaycanın, həm də ümumən Türk dünyasının ortaq mənəvi dəyərlərinin yaşadılması, inkişaf etdirilməsi və media məkanının sərhədlərinin genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Uğurlar və başarılar diləyi ilə
Samirə SƏFƏROVA
Yazı Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, Azərbaycan Mətbuat Şurasının və TİKA-nın Bakı Nümayəndəliyinin "Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ