"Terrorizm Ermənistanın dövlət siyasətinintərkib hissəsidir və Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir".Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərivəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbəndyanınoktyabrın 24-də mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərəkbildirib.
H.Hacıyevqeyd edib ki, Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi vəiştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıqterror-təxribat əməli törədilib: "Bu terror əməllərinin Ermənistanın xüsusixidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildəsübut olunub. 19 mart və 3 iyul 1994-cüil tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindəntörədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatındaterrorun əsasını qoyub. Ermənistanxüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madridvə Londonmetrolarında terror aktları törədilib”.
XİN rəsmisininsözlərinə görə, Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı"general Dro” və qatı terrorçu MonteMelkonyan Ermənistanın milli qəhrəmanları elan edilib və onların şərəfinəYerevanda abidələr qoyulub: "Dünyada terrorizmə qarşı mübarizədə "erməniterrorizmi” (Armenian terrorism) və onun "modus operandi”si xüsusi bir sahəkimi öyrənilir. Tarixdən danışan Ermənistan xarici işlər nazirinə XİX əsrdənbaşlayan daşnak erməni terrorizmi, hələ Çar Rusiyasının 12 iyun 1903-cü iltarixli qərarı, beynəlxalq terrorun tərkib hissəsi olan və Ermənistanın xüsusixidmət orqanlarının tərkibinə keçən ASALA terrorunu xatırlatmaq lazımdır”.