Cümə axşamı günü, 15 oktyabr 2026
     

Faşizmi himayə etməkdə Ermənistan hansı dövlətlə bir sırada durur - onlar çox deyil...

Image


Prezident İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının sammitində Ermənistanda faşistə heykəl qoyulması faktını pisləməsi bu mövzuya yenidən beynəlxalq ictiamiyyətin diqqətini cəlb etdi. “MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”- bəyanatını verən Prezident İlham Əliyev Ermənistanın yeni hakimiyyətini İrəvanda nasist ideologiyasının tərəfdarı Qaregin Njdenin abidəsinin sökülməməsinə görə qınayıb. “Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hal baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş cəllad və xain Qaregin Ter-Arutyunyanın abidəsi ucaldılıb” - deyə Azərbaycan Prezidenti qeyd edib.

Adı çəkiləndə bu gün də dünyada xof yaradan, vəhşilik, amansızlıq, qəddarlıq simvolu kimi xarakterizə edilən faşizm, onun ideoloqları və əlaltıları bütün insanlıq tərəfindən lənətlənir. Müasir dünyada II Dünya müharibəsindən sonra həm Qərbi Almaniyada, həm də Şərqi Almaniyada, eləcə də bir sıra dövlətlərdə nasist düşüncələri qadağan edilib. Bütün Almaniyada Hitlerin türbələri və heykəlləri dağıdılıb, nasistlərə məxsus bayraqlar, simvollar, vimpellər və müharibədən geri qalan əşyalar muzeylərdə nümayiş etdirilməyə başlanıb. Hazırda fəaliyyətdə olan neonasistlər Almaniyada türklər və yəhudilər başda olmaqla alman olmayanlara qarşı hücumlar edirlər. Onu da bildirək ki, nasizmin vaxtilə genuş yayıldığı, mərkəzləşdiyi Almaniyada nasizmi, faşizmi təbliğ etmək və onu müdafiə qanunla qadağandır və bu cinayət sayılır.

Bu gün Avropa ölkələrində, eləcə də postsovet ölkələrində nasizm, faşizm qadağan edilsə də, faşistlərin, nasistlərin törətdikləri nifrətlə anılsa da, təəssüf ki, Ermənistan başda olmaqla, bir-iki postsovet respublikasında nasizm dövlət siyasətinə çevrilməkdədir. Biz burada son illər ardıcıl olaraq Ermənistanın faşizmin təbliği ilə bağlı həyata keçirdiyi siyasəti qeyd edə bilərik. Bütün dünyanın insanlığa, millətlərə, dövlətlərə qənim kəsilmiş nasizmin kökünü kəsib atdığı, onun izlərini silməyə çalışdığı çağda Ermənistanın faşizm ideologiyasını dövlət siyasətinə çevirməsi bu ölkənin əsl mahiyyətini, iç üzünü, faşizm ideologiyasına aşkar şəkildə sahibləndiyini açıq şəkildə göstərir. Sirr deyil ki, bu gün Avropanın özündə neofaşizm cərəyanı cücərməkdədir və onun rişələri Ermənistan kimi nasist ölkəyə də uzanıb. Daha doğrusu, ermənilər özləri bunu istəyirlər. Gizlin deyil ki, bəzi postsovet respublikalarında Qərbdən daxil olan ideoloji anlamda faşizm ideologiyasına rəğbət açıq hiss olunur, nasist əlaltıları olan şəxslər qəhrəmanlaşdırılır. Qeyd etdiyimiz kimi, bu sırada Ermənistan daha qabarıq görünür. Bildiyimiz kimi, Ermənistanda faşistlərin əlaltısı olmuş daşnak Qaregin Njdeyə heykəl ucaldılması məsələsi bütün dünyada, o cümlədən də MDB məkanında böyük narazılıqla qarşılandı. Hətta Rusiya  rəsmi İrəvanın bu addımını kəsin şəkildə pislədi, bunun faşizmin təbliğ edilməsi olduğunu bəyan etdi. Amma və lakin Ermənistan öz şakərindən əl çəkmədi ki, çəkmədi. O, nəinki Njideni qəhrəmanlaşdırdı, hətta ona dünyanın gözləri qarşısında heykəl qoyaraq bununla da “biz faşizmi dəstəkləyirik, bu bizim dövlətin ideologiyasıdır” mesajını ötürdü. Bu gün Ermənistanda faşist ideologiyasının güclənməsinin nəinki postsovet ölkələrinə, eləcə də bütün dünyaya təhlükə vəd etməsi qaçılmazdır. İkinci Dünya müharibəsində faşistlərlə əlbir olan və bu çirkin ideologiyanın müti əlaltısı olan faşistlərə heykəl qoyan Ermənistan bununla keçmiş Sovet ordusunun və bu ordunun tərkibində Hitler faşizminə qarşı mübarizə aparan, nəinki Avropanı, eləcə də bütün dünyanı faşizmdən xilas edən xalqların zəhmətini, mübarizəsini kiçildir. Faşizm və nasizm birdəfəlik olaraq tarixin qara səhifəsi kimi arxiv günclərində qalmalı olduğu halda Ermənistan “ölü səhifələri” dirildir, təbliğ edir, o qanlı səhifələrin yazılmasında iştirak edənləri qəhrəmanlaşdırır, heykəlləşdirir. Heç şübhəsiz ki, Ermənistan və onun kimi bir-iki dövlət tərəfindən nasizmin qəhrəmanlaşdırılması, nasizm simvolikasının yayılması, hitlerçilərlə əməkdaşlıq edənlərin “milli qəhrəmanlar” səviyyəsinə qaldırılması böyük təhlükədir. Yeri gəlmişkən, faşizm cərəyanı  Birinci Dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan kimi İtaliyada yaranıb. 1922-ci ildə burada Benito Mussolininin rəhbərliyindəki faşist partiyası hakimiyyətə gələ bilib. Sonralar bu hərəkat dünyanın bir sıra ölkələrinə yayılıb. Hətta Mussolininin özünün heykəlinin dağıdılması barədə illərdir xəbərlər yayılır. Bu vəziyyətdə ermənilər yenə də mənfi fəaliyyətlərini davam etdirir və Njidə ilə yanaşı digər faşist əlaltılarına da heykəllər qoyur və qoymağı planlaşdırır.

Qeyd edək ki, Qareqin Njde müasir erməni faşizminin banisi hesab edilir, Azərbaycan və Anadolu türklərinin və müsəlmanlarının qanını içib, sonra da Hitlerə xidmət edib, "müstəqil Ermənistan" qarşılığında əsir düşmüş ermənilərdən leqion yaradıb SSRİ-yə qarşı vuruşub. Sovet hökuməti onu "repressiya" etdikdən sonra türmədə dünyasını dəyişib. Onu da yadınıza salaq ki, İrəvanda Njdeyə abidə qoyulmasının təşəbbüskarları Bolqarıstanın Pliske şəhərində də abidə qoyulmasını planlaşdırırlar. Rusiya mətbuatının yazdığına görə, Bolqarıstanın şimal-şərqində yerləşən Pliska şəhərindəki “Kirilitsa həyəti” tarixi-mədəniyyət kompleksində müxtəlif xalqların və ölkələrin yazıçılarının, mütəfəkkirlərinin 80 abidəsi arasında Qaregin Njdenin tunc heykəli də ucaldılacaq. O da vurğulanır ki, kompleksin yaradıcısı Karen Aleksanyan onu “görkəmli xadim və filosof” kimi təqdim edib. Rusiya mətbuatının yazdığına görə, amma təəssüf ki, bu insanın tərcümeyi-halında İkinci Dünya müharibəsi illərində nasistlərlə mütəmadi və hərtərəfli əməkdaşlıq etdiyinə dair faktlar var. Üstəlik, o, kollaborasionizmi üçüncü ölkələrə, məsələn, SSRİ və ya Türkiyəyə qarşı yox, məhz Bolqarıstanın özünə və qonşusu Makedoniyaya qarşı yönəlmişdi.

İkinci Dünya müharibəsi zamanı Qareqin Njde ilə birlikdə faşistlərin tərəfində döyüşən və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edən Drastamat Kanoyana da (Dro) İrəvanın mərkəzində heykəl qoymaq istəyən Ermənistan hökümətinin bu istəyi faşizmin təbliği deyil, bəs nədir?

Drastamat Kanayan kəşfiyyat və diversiya məqsədləri üçün ermənilərdən ibarət və fəaliyyəti Simferopolda yerləşən "Dromedar" təşkilatı tərəfindən koordinasiya edilən qruplar yaradır, bu təşkilata rəhbərliyi bilavasitə həyata keçirir. 1942-ci ilin dekabrında General Dro və erməni yazıçısı Qaro Gevorkyan Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun "Erməni xalqının ölümcül yürüşü" kitabını təqdim edirlər. Himmlerin və General Dronun çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır və döyüşlərdə iştirak edir. Müharibənin sonuna yaxın Qareqin Njde Stalinə ünvanladığı məktubda General Dro barədə bu sözləri yazır:”Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim”.

Bundan başqa, erməni millətindən olan qatillərə - qəddarlara heykəl qoymaq, dediyimiz kimi, artıq Ermənistanda bir mənfi ənənəyə çevirilib. Hələ Sarkisyan hakimiyyəti dövründə İrəvanda general Amazasp Babacanyana da heykəl qoyulub. O Babacanyan ki, sovet ordusu qəflətən Çexoslovakiyaya daxil olarkən onun əmri ilə 2600 nəfər çex, slovak və digər millətlər güllələnib. Əlbəttə, bunu nə Avropa, nə də tarix unudur.

Gördüyünüz kimi, hazırda Ermənistan digər postsovet respublikalarında da faşizmin “çiçəklənməsinə” yönəlik siyasət həyata keçirir və bunu ortaya qoyduğu nümunələrlə təsdiqləyir. Çox təəssüf ki, faşist əlaltılarını qəhrəmanlaşdıran və heykəlləşdirən respublikalar sırasında Ukrayna da Ermənistanla bir sırada durur. Məlum olduğu kimi, Ukraynada faşist əlaltıları Stepan Bandera və Roman Şuxeviç milli qəhrəman elan edilib və onların geniş şəkildə təbliğatları həyata keçirilir. Hər iki şəxs isə faşistlərlə sıx əməkdaşlıq edib. Bildirək ki, S.Bandera 1940-cı ildə - SSRİ Ukraynanı işğal edəndən sonra Ukrayna Millətçilər Konqresinə rəhbərlik edib. 1941-ci ildə Lvov faşist Almaniyasının nəzarətinə keçib. İşğaldan bir neçə gün sonra Stepan Bandera Ukraynanın müstəqilliyini elan edib, ancaq onun bu addımını Reyxə xoş gəlməyib – Banderanı bir neçə silahdaşı ilə bərabər həbs ediblər. Onun həbsdə olduğu illərdə tərəfdarları Ukrayna İnqilab Ordusunu yaradıb, həm almanlara, həm də Sovetlər Birliyinə qarşı vuruşublar. Stepan Bandera həbsdən çıxa bilsə də, vətəninə qayıtması mümkün olmayıb. 1959-cu ildə KQB-nin göndərdiyi killer onu Münhendə evinin qarşısında vurub. Məzarı da ordadı. 1940-cı ildən bu günə Ukraynanın müstəqilliyinin tərəfdarları Banderanı özlərinə lider sayır və hərəkatlarını onun ismi ilə adlandırırlar.

Onu da deyək ki, Ukraynanın əvvəlki höküməti dövründə hətta faşist cəza dəstələrində xidmət etmiş şəxslərin yaxınlarına mükafatlar təqdim edilmişdi. Halbuki, həmin şəxslər Kiyev yaxınlığında on minlərlə yəhudinin qətlə yetirilməsi əməliyyatlarında iştirak ediblər. Kiyev operasının arxasında isə yəhudilərin Babi Yara göndərilməsi əmrini verən şəxsin heykəli qoyulması faktı diqqəti çəkir. Onu da vurğulayaq ki, nasizmin qəhrəmanlaşdırılması cəhdləri Baltik ölkələrində də başlayıb. Estoniyada faşistlərə xidmət etmiş 20-ci eston diviziyasının veteranlarının yürüşü artıq ənənə şəklini alıb. O cümlədən Latviyada da bu ənənə başlayıb. Faşizm caniləri və onların ideologiyası qəhrəmanlaşdırılır. Buskda Hitler ordusunun əsgərlərinin xatirəsinə abidə qoyulub. Latviyada faşizmin qəhrəmanlaşdırılması qanunverici səviyyəyə kimi qaldırılıb. Burada müharibə iştirakçıları, faşizm əlaltıları ilə eyni səviyyədə tutulub. Bununla bağlı qəbul edilmiş qanun artıq qüvvədədir. Sözügedən respublikalarda qəhrəmanlaşdırılan və abidələri qoyulan şəxslər də üçüncü Reyxlə sıx əməkdaşlıq etmiş Qaregin Njdedən heç nə ilə fərqlənmirlər.

Gördüyünüz kimi, postsovet respublikalarında faşizmin yayılmasına, təbliğ edilməsinə, bərkiməsinə, cücərib təhlükə saçan “tarlaya” çevililməsinə Ermənistan höküməti rəhbərlik edir, özü də rəsmi dövlət səviyyəsində. Əlbəttə, Ermənistanın və digər ona bənzər ölkələrin bu “tarla”dan topladıqları “məhsul” bütün dünya üçün zəhərli bir ideologi qidadır. Bu qida artıq Ermənistanı zəhərləyib və onun başqa respublikalara da ixrac edilməsinin qarşısı dünya birliyi tərəfindən alınmalı, Njidenin, Babacanyanın heykəlləri sökülməli, Droya heykəl qoyulmasının qarşısı alınmalıdır. Dünya birliyi Ukraynada, Baltikyanı ölkələrdə də cücərən faşizm, nasiszm ideologiyalarının kökünü kəsməkdə aktiv olmalıdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ