Türkiyə Yunanıstanın miqrant axınına verdiyi təpkiyə görə sərhədə min nəfər xüsusi hərəkat polis dəstəsi göndərib.
Baki-xeber.com-un xəbərinə görə, Daxili işlər naziri Süleyman Soylu bunu Yunanıstanın Türkiyədən ayrılan immiqrantları geri çevirməsinə qarşı görülən tədbirləri şərh edərkən deyib.
Ədirnədə danışan Süleyman Soylu Yunanıstan tərəfindən atılan bu addıma qarşı Meriç sərhədində tam hüquqlu xüsusi bir polis əməliyyatının keçirildiyini deyib. Səhər saatlarında bu üzdən Ədirnəyə gedən nazir Soylu sərhədi keçən mühacirlərə Yunanıstanın göstərdiyi şiddətə qarşı görülən tədbirlərdən danışaraq deyib:"Bu gündən etibarən Meriçin bütün sərhəd sisteminə 1000 xüsusi əməliyyat polisi təyin edirik. Şiddətin qarşısını almaq üçün sərhədə min xüsusi əməliyyat polisi yerləşdirdik. Onların beynəlxalq qayda pozuntusuna yol vermədən bir sıra cəhdlərin qarşısını almaq üçün təlimatlandırıldığını bildirmək istərdim".
Süleyman Soylu deyib ki, Türkiyə təxminən 9 il dünyanın səssiz qaldığı insani faciəyə sahib çıxdı, 18 mart razılaşması əldə edildi. “Biz buraya hər gün Yunan adalarına 9700 insanın keçdiyi dövrdən gəlirik” o deyib.
Xatırladaq ki, Əsəd rejiminin İdlibdə 34 əsgərini şəhid etməsindən sonra Türkiyə Yunanıstana keçmək istəyən immiqrantları saxlamayacağını açıqlamışdı. Bu qərardan sonra minlərlə mühacir Pazarkule Sərhəd Qapısına axın edib. Lakin Yunanıstan sərhədi keçən mühacirlərə qarşı hər cür zorakılıq edir.
SAMİRƏ