“Bahar Qalxanı” əməliyyatı çərçivəsində Suriya rejiminə məxsus qırıcı təyyarə məhv edilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
“Uğurla davam edən “Bahar Qalxanı” əməliyyatı çərçivəsində rejimə məxsus “L-39” qırıcı təyyarəsi vurulub” deyilən məlumatda o da deyilir ki, 24 saat ərzində 327 rejim əsgəri zərərsizləşdirilib. Məlumatda həmçinin bildirilir ki, “Bahar Qalxanı” əməliyyatı gecə boyu müvəffəqiyyətlə həyata keçirilib. Son 24 saat ərzində 1 təyyarə, 1 pilotsuz uçuş aparatı, 6 tank, 5 reaktiv yayılım atəş sistemi, 2 hava hücumundan müdafiə sistemi, 3 zirehli döyüş texnikası, 5 pikap, 6 hərbi maşın və 1 silah-sursat anbarı məhv edilib, 327 rejim əsgəri zərərsizləşdirilib.