Ermənistan İranla sərhəd rejimini sərtləşdirir. “Trend”in erməni KİV-inə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan koronavirusun yayılmasının qarşısının alınması üzrə komissiyanın iclası zamanı deyib.
O bildirib ki, Ermənistan regionda epidemioloji vəziyyəti nəzərə alaraq bu qərarı qəbul edib:
“Biz İranla viza rejimin müvəqqəti bərpa olunması prosesini işə salırıq və 5 gün ərzində qərar qəbul edəcəyik”.
Qeyd edək ki, bazar günü Ermənistanda ilk koronavirus faktı qeydə alınıb.