İran Türkiyəyə Rusiyanın iştirak etmədiyi Türkiyə-İran-Suriya ortaq zirvəsinin keçirilməsini təklif edib.
Baki-xeber.com xəbər verir ki, İran Prezidenti Həsən Ruhani bu təklifi fevralın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı irəli sürüb.
İran Prezident Administrasiyası görüşlə bağlı yazılı açıqlama yayaraq Ruhaninin Ərdoğana "Suriyanın ərazi bütövlüyünün qorunması, terrorçuların məhv edilməsi, günahsız insanların müdafiəsi və İdlib məsələsinin sürətli şəkildə həll edilməsi ilə bağlı əsaslı razılaşmalarımız çərçivəsində bu zirvədə fikir ayrılıqları aradan qaldırıla bilər" - dediyini bildirib.
Tərəflər telefon danışığı zamanı regional məsələlər, o cümlədən İdlibdəki vəziyyət üzrə də fikir mübadiləsi aparıblar.