ABŞ-da koronavirusdan ilk ölüm halı qeydə alınıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ölüm halı Vaşinqton ştatında qeydə alınıb.
Vaşinqton Səhiyyə İdarəsi, Seattle şəhəri yaxınlığındakı bir bölgədə yaşayan Covid-19 daşıyıcısının öldüyünü təsdiqləyib.
ABŞ-da rəsmən təsdiqlənən ilk koronavirusdan ölüm faktı barədə təfərrüatlı açıqlama verilməyib. Bu günə qədər ABŞ-da 66 nəfər koronavirusa yoluxub.