NATO-nun Türkiyənin tələbi ilə Suriyadakı vəziyyətlə bağlı fövqəladə toplantısı keçirilib. Bir saat 10 dəqiqə davam edən toplantının ardından NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.
Ötən gecə İdlibdə 33 türk əsgərinin həlak olması ilə nəticələnən hücumu pislədiklərini deyən baş katib, bu hücumu Bəşər Əsədin rəhbərliyi altında olan əsgərlərin həyata keçirdikərini bildirib: “Bu hücum dayandırılmalıdır, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etməlidir...
2018-ci il tarixli atəşkəsə əməl edilməlidir. Bu olmasa, humanitar böhran daha da dərinləşəcək. Hazırda İdlibdə qalanlar üçün humanitar vəziyyət çox pisdir. NATO, Türkiyənin yanındadır, Türkiyəni çox qiymətli bir müttəfiq olaraq görməkdədir. Türkiyə, milyonlarla qaçqınlar ev sahibliyi etməkdədir. NATO, Türkiyəyə dəstəyini bir neçə fərqli üsulla göstərəcək. Biri havadan müdafiə yolları ilə olacaq. Bu, Suriyadan gələn hava hücumlarını dayandıracaq. NATO-nun cənub-şərq sərhədini qorumağa davam edəcəyik”.