Əsəd rejimi İdlibdə Türkiyə ordusuna hücum etdi – 33 türk əsgəri həlak oldu, 36 yaralı var… - YENİLƏNDİ

Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyanın İdlib bölgəsində rejim qüvvələrinin hava hücumuna məruz qalıb. Baki-xeber.com xəbər verir ki, hücum nəticəsində 22 türk əsgəri şəhid olub.
Bu barədə açıqlama verrən Hatay valisi Rahmi Doğan ağır yaralıların olduğunu və onların Türkiyəyə gətirildiyini bildirib: “TSQ bölmələri İdlibdə rejim qüvvələrinin aviazərbələrinə məəruz qalıb. Hücum nəticəsində 22 əsgərimiz şəhid olub. Ağır yaralılarımız var. Onları Cilvegözü sərhəd məntəqəsindən Türkiyəyə gətirdik”.
XXX
Son məlunatlara görə, İdlibdə rejim qüvvələri tərəfindən Türkiyə Silahlı Qüvvələrinə edilən hava hücumları nəticəsində şəhid olan əsgərin sayı 33-ə çatıb. Hatay valisi Rahmi Doğan 36 yaralı əsgərin olduğunu açıqlayıb.
Türkiyə ordusunun yaxın saatlarda yerüstü hərbi əməliyyatlara başlayacağı gözlənilir.