İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Mojtaba Zolnuri yeni koronavirusa yoluxub. Bu barədə koronavirusun İranda ən çox yayıldığı Qum şəhərindən millət vəkili olan komitə sədri öz açıqlama verib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, M.Zolnuri koronavirusla əlaqədar verdiyi analizlərin nəticəsinin pozitiv çıxdığını bildirib.
Zonnur hazırda karantində olduğunu, heç bir narahatlığın olmadığını da sözlərinə əlavə edib.