03/04/2020 23:50
728 x 90

İranda daha 4 nəfər koronavirusun qurbanı oldu - 24 nəfər isə saxlanıb

img

İranda indiyədək yeni koronavirusa (COVİD19) 139 nəfər yoluxub. “Trend”in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 44 nəfərin yoluxma halı qeydə alınıb.

Nazirlik rəsmisi deyib ki, indiyədək bu virus nəticəsində İranda 19 nəfər dünyasını dəyişib.

Cahanpur əlavə edib ki, ötən sutka ərzində koronavirus nəticəsində daha 4 nəfər dünyasını dəyişib.

K.Cahanpur bildirib ki, Qum vilayətində 15 nəfər, Gilan vilayətində 9 nəfər, Tehran vilayətində 4 nəfər, Mərkəzi vilayətdə 1 nəfər, Xuzistan vilayətində 3 nəfər, Sistan və Bəluçestan vilayətində 2 nəfər, Kirmanşah vilayətində 1 nəfər, Ərdəbil vilayətində 2 nəfər, Mazandaran vilayətində 1 nəfər, Lorestan vilayətində 1 nəfər, Fars vilayətində 2 nəfər, Simnan vilayətində 1 nəfər, Kohgiluyə və Buyir-Əhməd vilayətində 2 nəfər, Hörmüzqan vilayətində 1 nəfər yeni koronavirusa yoluxub.

İranda sosial şəbəkələrdə koronavirusla əlaqədar şayiələr yayan 24 nəfər saxlanıb, 118 nəfərə isə xəbərdarlıq olunub. Bunu isə İranın kiber polisinin rəisi Vəhid Məcid deyib.

V.Məcidin sözlərinə görə, koronavirusla əlaqədar sosial şəbəkələrdə şayiələr yayanlarla mübarizə adı altında işçi qrupu yaradılıb.

O əlavə edib ki, həmin şəxslər ictimaiyyətdə təşviş yaratmaqla məşğul olublar.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 139 nəfərin yeni koronavirusa yoluxduğunu, 19 nəfərin isə bu virus nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Son xəbərlər