30/03/2020 10:11
728 x 90

İran Səhiyyə nazirinin müavini də koronavirusa yoluxdu – qonşu ölkədə ölənlərin sayı 16-ya çatdı

img

İranda yeni koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə İran hökumətinin informasiya portalı olan IRNA informasiya agentliyi xəbər yayıb.

Agentliyin saytında yerləşdirdiyi infoqrafikaya əsasən, İranın 11 vilayətində, Qum, Tehran, Gilan, Mazandaran, Həmədan, Əlborz, Mərkəzi, İsfahan, Rəzəvi Xorasanı, Hörmüzqan və Simnan vilayətlərində koronavirusa yoluxma halı qeydə alınıb.

İndiyədək 60-dan çox şəxsin bu virusa yoluxduğu və 24 nəfərin sağaldığı bildirilir.

İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi ötən gün yeni koronavursa yoluxma nəticəsində 12 nəfərin öldüyünü, 60-dan çox şəxsin yoluxduğunu və 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.

İranda indiyədək yeni koronavirusa (COVİD 19) 95 nəfər yoluxub. Bunu isə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində İranda 15 nəfər dünyasını dəyişib.

Cahanpur əlavə edib ki, ötən sutkada koronavirus nəticəsində daha 3 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi 10 nəfərin sağaldığını bildirib.

Cahanpur vurğulayıb ki, Qum vilayəti və şəhərində 15 nəfər, Tehran şəhərində 9 nəfər, Fars vilayətində 1 nəfər, Mazandaran vilayətində 2 nəfər, Gilan vilayətində 2 nəfər, Əlborz vilayətində 2 nəfər, Simnan vilayətində 1 nəfər, Hörmüzqan vilayətində 1 nəfərin koronavirusa yoluxması qeydə alınıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi yeni koronavursla bağlı 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.

Bu arada İranın Səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini və koronavirusla mübarizə komitəsinin katibi İrəc Hərirçinin də yeni koronavirusa yoluxduğu ortaya çıxıb. Bu barədə nazir müavini özü videomüraciətlə elan edib.

İ.Hərirçi videomüraciətində deyib ki, ötən gün temperaturu qalxdığına görə analiz verib və analizlərin nəticəsinə əsasən yeni koronavirusa yoluxduöu təsdiqlənib. “Mən özümü hazırda təcrid etmişəm. Ümumilikdə vəziyyətim yaxşıdır. İşləri telefon vasitəsilə idarə edirəm” - o deyib.

Son xəbərlər