İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağladı

İranın bəzi qonşu ölkələrlə sərhədlərinin bağlanması müvəqqətidir. Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin müdiri Abbas Musəvi deyib.
A.Musəvi bildirib ki, İran Xarici İşlər Nazirliyi səfirliklər vasitəsi ilə qonşu ölkələrin rəsmiləri ilə məsləhətləşmələr aparır və heç bir şübhəli halın sərhədlərdən keçməcəyi haqda onları arxayın edib: “Sərhədlərin müvəqqəti şəkildə bağlanması ticarət, idxal-ixraca mane olmamalıdır”.