İsrailə aid döyüş təyyarələri dünən gecə Hələbdə Bəşər Əsəd rejiminin nəzarətindəki Şeyx Nacar bölgəsinə raket zərbələri endirib. Baki-xeber.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
Qeyd edilir ki, raketlərdən bəzisi Suriya reketdən müdafiə sistemləri tərəfindən havada vurulub.
Yerli mənbələr xəbər verir ki, hücum zamanı, Hələbdəkı İrana bağlı qüvvələrin silah anbarları hədəfə alınıb.
İsrailin nəqliyyat naziri Yisrael Katz faktı təsdiqləyib. Nazir Hələbin vurulmasının arxasında İsrail ordusunun olduğunu deyib.