ABŞ prezidenti Donald Trampın Colan təpələri üzərində İsrailin suverenliyini tanımasından sonra Suriyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.
Baki-xeber.com xəbər verir ki, Şuranın digər 14 üzvü ABŞ-ın qərarına qarşı çıxaraq, işğal olunmuş ərazinin İsrail torpağı olmadığını bildiriblər.
ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin siyasi koordinatoru Rodney Hunter Trampın qərarını müdafiə edib. Hunter “Colan təpələrinə nəzarətin Suriya rejimi və İrana veriləcəyi halda rejim, İran və Hizbullahın İsrailə qarşı hücumlarına göz yumulmuş olacağını'' deyib.
Ancaq Birləşmiş Ştatların birtərəfli qərarı BMT TŞ-də dəstək ala bilməyib, ABŞ tək qalıb. Şuranın digər 14 üzvü işğal olunmuş ərazinin İsrail torpağı olmadığını bildirib. Şuradakı Avropa İttifaqına (Aİ) üzv dövlətlər də Birləşmiş Ştatların Colan təpələri qərarının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildiriblər.