Kreml İsrailin baş naziri Binyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampa Suriya böhranının həlli ilə bağlı plan təqdim etdiyinə dair xəbərləri təkzib edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İsrail mətbuatının bununla bağlı iddialarını rədd edib.
Netanyahunun keçən ay Moskva səfəri zamanı Putinə sözügedən planı təqdim edib-etmədiyinə dair sualı cavablandıran Peskov belə bir şeyin olmadığını deyib: "Netanyahunun Rusiya səfərində belə bir şey olmadı və bunu təsdiqləyə bilmərəm ".
Peskov, məsələ ilə bağlı İsrail tərəfinin sözügedən planda nəyin nəzərdə tutulduğuna dair açıqlama verməsinin lazım olduğunu bildirib.
Qeyd edək ki, “Times of Israel” açıqlama verən yüksək rütbəli rəsmilərdən biri Netanyahunun Suriya böhranının həllilə bağlı Putin və Trampa plan təqdim etdiyini deyib. Adı açıqlanmayan İsrail rəsmisinin sözlərinə görə, plan Suriyada İranın varlığına son qoyulmasını hədəfləyir. Hətta Putinin bu plana çox "böyük maraq" göstərdiyi də iddia edilib.