Böyük Britaniyanın baş naziri Tereza Mey istefa etməyə hazır olduğunu bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Tereza Mey millət vəkillərinin “Brexit” razılaşmasına dəstək verəcəyi təqdirdə planlaşdırılmadan əvvəl istefa etməyə hazır olduqlarını bildirib.
Britaniya parlamenti hökumətə qarşı çıxmasına baxmayaraq, “Brexit” mövzusunda 8 fərqli ssenarini səsverməyə çıxarmaya hazırlaşır.
Mey də lideri olduğu Mühafizəkar Partiyanın rəhbərliyində təsirli olduğu və millət vəkillərindən ibarət 1922 Komitəsi ilə bir araya gəlib. Mey, qapalı keçirilən yığıncaqda istefa verməyə hazır olduğunu deyib.