Türkiyədən hərəkət edən tanker, Liviya sahillərində qaçırılıb. Baki-xeber.com “milliyet.com.tr”yə istinadən xəbər verir ki, martın 22-də Tuzladan ayrılan və içərisində 6 personal olan Palau bayraqlı 52 metr uzunluğundakı "Elhiblu 1" adlı tanker bu gün Liviya sahillərində quldurlar tərəfindən qaçırılıb.
Quldurların sürətli qayıqlardan istifadə edərək qaçırdığı tankerin kapitanının türk, personalın 4 nəfəri hindistanlı, birinin də Liviyadan olduğu bildirilir.
Liviya Sahil Təhlükəsizlik Qüvvələrinə məxsus bir hərbi gəminin qaçırılan tankerə müdaxilə etmək üçün hərəkətə keçdiyi bildirilir.