Ermənistanın Eçmiədzin rayonunda bütün ermənilərin katolikosu II Qaareginin istefasını tələb edən şəxslərlə onun tərəfdarları arasında toqquşma olub.
Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, sözügedən rayonda bir qrup şəxs Katolikosun istefası tələbilə aksiya keçirib. Bu zaman kilsənin qarşısına toplaşan başqa qrup aksiya iştirakçılarını və onların avtomobillərini yumurta “atəşinə” tutub. Yalnız polislərin tərəflər arasında sipər qurmasından sonra etirazçılar dağılışıb.
Polis idarəsindən iki nəfərin gözaltına alındığı bildirilib.