ABŞ-ın Ukrayndakı keçmiş səfiri Con Herbst ABŞ Rusiyaya qarşı sanksiyalarının əsl məqsədini açıqlayıb.
Baki-xeber xarici mediaya istinadən xəbər verir ki, amerikalı diplomat Rusiyanın güclü ordu və donanmaya sahib olmasını istəmədiklərini, sanksiyaların da məhz bu məqsədlə tətbiq edildiyini deyib.
Herbstin sözlərinə görə, ABŞ istəyir ki, Rusiyanın iqtisadiyyatı zəif olsun. Çünki bu Rusiyanın hərbi gücünün inkişaf etməsini təmin edir: “Sanksiyalar Rusiyanın güclü ordu və donanmaya sahib olmasının qarşısını almaq məqsədi daşıyır. Buna görə də, sanksiyalar bizim maraqlarımıza xidmət edir".
Eyni zamanda o qeyd edib ki, sanksiyalara görə, Rusiya ÜDM-nin bir faizindən çoxunu itirir.