NATO Kosovo ordusunun yaradılmasının əleyhinədir. Baki-xeber.com xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqin yaydığı xüsusi bəyanatda deyilir.
Kosovoda təhlükəsizlik qüvvələrinin (FSK) orduya çevrilməsi prosesinə təkan verən üç qanun qəbul olunub.
NATO Baş katibi isə Kosovo hakimiyyətinin milli ordu yaratmaq istiqamətində addımlarının təəssüf doğurduğunu deyib.
“Təəssüf edirəm ki, NATO-nun narahatlığının əksinə olaraq belə qərar verilib. Kosovonun təhlükəsizlik qüvvələrini orduya çevirmək barədə qərar verməyə prinsipcə ixtiyarı çatsa da, bunun üçün düzgün zaman seçilməyib” – bəyanatda bildirilir.
Serbiya prezidenti Aleksandar Vuçiç də FSK-nın orduya çevrilməsinin beynəlxalq razılaşmalara zidd olduğunu deyib.
Vuçiç, Kosovada yaşayan serbləri ordunun formalaşmasında iştirak etməməyə çağırıb və bu ordunun bir gün "bir serblə başqa bir serbi vurmaq" üçün qurulduğunu iddia edib.
Qeyd edək ki, Kosovo parlamentinin qəbul etdiyi qanun layihələri təhlükəsizlik qüvvələrinin sayının iki dəfə artırılaraq 5 min nəfərlik tam həcmli peşəkar orduya çevrilməsini nəzərdə tutur. Kosovo prezidenti Haşim Taçinin də imzalamasından sonra Kosovonun təhlükəsizlik qüvvələri orduya çevriləcək.