1999-cu ildə Pusiyanın o vaxtkı prezidenti Boris Yeltsin Vladimir Putini yanına çağıraraq öncə baş nazir olmağı, sonra isə Kreml üçün namizəd olmağı təklif edib, ancaq Putin Yeltsinin təklifinə mənfi cavab verib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin özü açıqlama verib.
Putin öz istəyi ilə prezident olmadığını deyib: “Yeltsin məni çağırıb, “baş nazir olmaq üçün namizədliyini Dumaya təqdim etmək istəyirəm, daha sonra da sizi prezidentliyə namizəd göstərəcəyəm. Razısız?” dedi. Mən isə yox dedim.
Yeltsin bu cavabdan təəccübləndi və səvbəbini soruşanda, "Boris Nikolayeviç, mən buna hazır deyiləm" dedim”.