ABŞ Senatı ABŞ prezidenti Donald Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran və ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya verdiyi hərbi dəstəyi dayandırmağı nəzərdə tutan qanun layihəsini qəbul edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi senatorlar Bernie Sanders, Mayk Li və Kris Merfi tərəfindən hazırlanıb.
Səsvermədən sonra çıxış edən senator Sanders, ABŞ-ın artıq Yəməndə dünyanın ən ağır humanitar böhranına səbəb olan Səudiyyə Ərəbistanının müdaxiləsinə ortaq olmayacağını deyib. “Bu gün Səudiyyə Ərəbistandakı despotik rejimə, hərbi macəralarının bir parçası olmayacağımızı söyləyirik" – deyə senator bildirib.
Nyu-Cersidən demokrat senator Bob Mendez isə qərarın dəstəklənməsində, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Camal Kaşıkçının öldürülməsində əli olduğuna dair inancının böyük rol oynadığını deyib.
Senatda qəbul edilən qanun layihəsi, Trampın qarşısına getməsi üçün Nümayəndələr Palatasında da qəbul edilməlidir.
Senator Mendez bundan əvvəl bildirib ki, qərarın qəbulunun Səudiyyə Ərəbistanı ilə əlaqələrnin sonu demək deyil: "Biz bunu demirik. Ancaq biz Səudiyyə Ərəbistanının dəyişməsi lazım olduğunu deyirik. Bizim motivasiyamız budur. Prezidentin motivasiyasının nə olduğunu bilmirəm”.
Cənubi Karolinadan olan senator Lindsey Qraham deyib ki, Səudiyyə Ərəbistanı ilə hazırkı əlaqələr Amerika üçün yaxşı deyil: “Onlar strateji müttəfiq olublar və gələcəkdə də ola bilərlər. Ancaq indi bu çətinlikdən başqa bir şey deyil. Buna səbəb isə bu ölkənin dağıdıcı bir top olan de-fakto lider vəliəhd şəhzadə tərəfindən idarə olunmasıdır və Kaşıqçı hadisəsi də bunlardan biridir”.