İsrailin Baş naziri Benyamin Netanyahu “Şimal qalxanı” əməliyyatını müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Baki-xeber.com-un “Jerusalem post” qəzetinə istinadən xəbərinə görə, bu barədə o, bazar günü bildirib.Netanyahu deyib ki, siyasi sferada “Hizbullah”a sanksiyalar tətbiq olunması yönündə iş aparırlar.
Xatırladaq ki, daha öncə israilin Baş naziri Putinlə söhbətində ölkəsinin sərhədləri boyu “Hizbullah”ın təhdidlərinə dözməyəcəyini bildirib. Eyni zamanda o, bir daha İsrailin Suriyada mövcudluğuna qarşı olduğunu, regionda İran və “Hizbullah”ın aqressiyasına biganə qalmayacağını xatırladıb.
İsrail dövləti “Şimal qalxanı” əməliyyatını ötən həftə başladıb. Əməliyyatda məqsədin “Hizbullah”ın Livandan İsrailə qədər uzanan tunellərini dağıtmaq olduğu bildirilir. İndiyə qədər İsrail ordusu iki belə tuneli dağıda bilib. Ötən şənbə günü isə ordu sərhəd yaxınlığında “şübhəli fiqurları” atəşə tutub.