ABŞ prezidenti Donald Tramp Fransada bahlaşmaya qarşı “sarı gödəkcəlilər” kimi tanınan hərəkatın başlatdığı etiraz aksiyalarına münasibət bildirib.
Baki-xeber.com xəbər verir ki, Tramp bu barədə Twitter hesabında yazdığı mesajında etirazçıların “Trampı istəyirik” şüarları səsləndirdiyini deyib.
“Paris sazişi Parisin işinə o qədər də yaramadı. Bütün Fransanı etirazlar və iğtişaşlar bürüyüb. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya ölkələrinə çox da pul ödəmək istəmirlər. "Biz Trampı istəyirik!” şüarları səsləndirirlər. Fransanı sevirəm" – Tramp yazıb.
Qeyd edək ki, Fransada bahalaşmaya qarşı həftələrdir “sarı gödəkcəlilər” adı almış etiraz aksiyaları keçirilir.