Fransada “sarı gödəkcəlilər”in sayca dördüncü böyük etiraz aksiyaları davam edir. Baki-xeber.com xəbər verir ki, “sarı gödəkcəlilər” yanacağın bahalaşmasına qarşı ölkənin müxtəlif yerlərində eləcə də, paytaxt Parisdə keçirilən aksiyaları polislə toqquşmalarla müşayiət olunur.
Hadisələrlə bağlı açıqlama verən Fransanın daxili işlər naziri Kristofer Kastaner hadisələri nəzarətdən çıxan canavara bənzədib: “Hadisələr nəzarətdən çıxan canavar yaratdı. Hadisələr son həftələrdə yuvadan qaçan bir canavar doğurdu”.
Nazir, radikal qrupların aksiyalar zamanı zorakılığa əl ata biləcəyindən narahat olduğunu deyib.