BMT Təhlükəsizlik Şurası Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə İranın raket sınaqlarına dair qapalı məsləhətləşmələr keçirəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS-a Fransanın BMT yanında daimi nümayəndəliyinin sözçüsü Aleksis Modjaski bildirib.
A.Modjaski deyib ki, İranın ballistik sınaqları üzrə məsləhətləşmələr dekabrın 5-də qapalı formatda keçiriləcək.
Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo bu günlərdə İranı BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqla orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib. Bildirib ki, İran bir neçə böyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketi sınaqdan keçirib ki, bu raketlə Avropanın bəzi hissələrinə və Yaxın Şərqin hər yerinə zərbə endirmək olar. Eyni zamanda o, orta mənzilli ballistik raketin sınaqdan keçirilməsinin BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozduğunu diqqətə çatdırıb.
Pompeo deyib ki, “ABŞ bu cür hərəkətləri pisləyir və İranı nüvə silahının çatdırılması üçün nəzərdə tutulan ballistik raketlərlə bağlı bütün əməliyyatları dərhal dayandırmağa çağırır.