Dekabrın 2-də günorta saatlarında Tiflisin mərkəzi Rustaveli küçəsində prezident seçkisinin nəticələrinə etiraz olaraq aksiya keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, birləşmiş gürcü müxalifətinin təşkil etdiyi aksiyada Salome Zurabişvilinin seçicilərə təzyiq və saxtalaşdırma sonucunda qalib elan edildiyi bildirilib. Müxalifət, eyni zamanda, proporsional seçki sistemi üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib.
Aksiyada birləşmiş müxalifətin prezidentliyə namizədi Qriqol Vaşadze də iştirak edib. Eyni zamanda, “Qruziya online”ın xəbərinə görə, aksiyaya Skype vasitəsilə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili də qatılıb.